Terms and conditions
Terms and conditions
VAKANSIYA.BIZ - İSTİFADƏ ŞƏRTLƏRİ
Sayta daxil olmaqla bu şərtləri qəbul etmiş olursunuz.
1. ÜMUMİ ŞƏRTLƏR
Platformanın məsuliyyəti
- Vakansiya.biz saytdakı elan və CV məzmununa görə məsuliyyət daşımır
- Platforma işəgötürən deyil, işə qəbul prosesinə cavabdeh deyil
- Texniki xətalara və viruslara görə məsuliyyət yoxdur
- İş və ya işçi tapılmasına zəmanət verilmir
- Reklam məqsədi ilə elan məlumatlarından istifadə etmək hüququ saytdadır
İstifadəçi məsuliyyəti
- Daxil etdiyiniz məlumatlara görə tam cavabdehsiniz
- Yalan və qanunsuz məlumat qadağandır
- Sizə gələn müraciətlərə görə sayt məsuliyyət daşımır
2. VAKANSİYA QAYDALARI
Ümumi tələblər
- Yayımlanma müddəti: 30 gün
- Bir elanda yalnız bir vəzifə
- Elan məzmunu dolğun və aydın olmalıdır
- Əmək haqqı yalnız AZN ilə və real göstərilməlidir
- Dərc olunmuş elanın adı və əsas məzmunu dəyişdirilə bilməz
Qəbul olunmayan elanlar
Aşağıdakılar qəti qadağandır:
- Tibbi məhsul, kosmetika, zinyət əşyalarının online satışı
- Dərman və kriptovalyuta satışı
- Şəbəkə marketinq (MLM)
- Kütləvi işə qəbul və piramida strukturları
- Namizəddən ödəniş tələb edən vakansiyalar
- Şübhəli və qeyri-qanuni fəaliyyət
- Xaricdəki vakansiyalar (xüsusi qeyd olmadan)
Qeyd: Şirkət haqqında məlumat az olduqda elan qəbul olunmaya bilər. Ödəniş geri qaytarılır.
Təsdiqləmə
- Elanlar 1-2 iş günü ərzində yoxlanılır
- Uyğunsuz elanlar düzəliş üçün geri göndərilir
- Təkrar pozuntu halında hesab məhdudlaşdırıla bilər
3. CV QAYDALARI
Tələblər
- CV yerləşdirmək ödənişsizdir
- Yalnız bir vəzifə göstərilə bilər
- Foto CV standartlarına uyğun olmalıdır
- Təhsil, iş təcrübəsi, bacarıqlar aydın yazılmalıdır
- Əmək haqqı tələbi yalnız AZN ilə
Qadağandır: Vəzifə adının dəyişdirilməsi və şübhəli məlumat
4. CV HOVUZU
Giriş hüququ
Yalnız qeydiyyatlı, ödəniş edən və təsdiqlənmiş şirkətlər üçün açıqdır.
İstifadə qaydaları
İcazə verilən: Yalnız işə qəbul məqsədi ilə istifadə
Qəti qadağan:
- CV məlumatlarının üçüncü şəxslərə ötürülməsi
- Satılması və başqa məqsədlə istifadəsi
Pozuntu halında hesab bağlanır və hüquqi təqib edilə bilər.
5. GİZLİLİK
- Şəxsi məlumatlar qorunur və təhlükəsizdir
- Məlumatlar yalnız xidmət müddəti ərzində saxlanılır
- Hesab silinəndə məlumatlar platformadan silinir
- Məlumatlarınız üçüncü şəxslərə satılmır
- Cookie istifadə olunur (funksionallıq və təcrübənin yaxşılaşdırılması üçün)
6. KOMMUNİKASİYA
Vakansiya.biz qeydiyyatlı istifadəçilərə SMS, e-poçt göndərmək hüququna malikdir.
7. DƏYIŞIKLIKLƏR
Vakansiya.biz bu şərtləri istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
Son yenilənmə: Dekabr 2025
Əlaqə: info@vakansiya.biz