- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi
- Vakansiya elanlarının hazırlanması, iş portallarında yerləşdirilməsi
- İş elanlarının müddətlərinin izlənilməsi
- Namizədlərin cəlbi üçün yeni metodların və qaynaqların araşdırılması və tətbiqi
- Daxil olan CV-lərin vəzifələr üzrə qovluqlara bölüşdürülməsi
- Namizədlərin təqdim etdiyi məlumatların vakansiya tələblərinə uyğunluğunun yoxlanılması
- İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi
- Namizədlərlə görüşlərin təşkili və keçirilməsi
- Müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılması
- İş təklifi formalarının hazırlanması və seçilmiş namizədlərin elektron poçt ünvanına göndərilməsi
- Vakansiyalarla bağlı struktur rəhbəri ilə işin təşkilinin aparılması
- Gələcəkdə vakant yerlər üçün potensial namizədlərin məlumat bazasının saxlanılması
- Açıq vakansiyalara dair hesabatların daim yenilənməsi
- İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması
-Yeni işə qəbul edilmiş namizədin şəxsi işinin hazırlanılması
- İşə qəbul qaydalarının, prosedurlarının tərtib edilməsində iştirakı
- Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirakı
- Yeni işçilərin yerləşdirilməsi ilə bağlı prosedura uyğun tədbirlərin görülməsi
- İşdən azad olunan işçilərə son haqqı-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına - nəzarət edir
- İşçilərin məlumat bazasını yaradılmasına və daim yenilənməsinə nəzarət edir
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir
- İşçilərin sınaq müddətlərinin izlənilməsi, işçinin aid olduğu struktur vahidlərinə sınaq müddətinin dəyərləndirmə formalarının göndərilməsi
- Müxtəlif yazılı və şifahi müraciətlərin cavablandırılması
- E-gov və İSB portalında əməliyyatların aparılması
- İşə qəbul, işdən azad, vəzifə, struktur və əmək haqqı dəyişikliyi, intizam tənbehi, mükafat və ümumi əmrlərin yazılması və portala daxil edilməsi
- İşə qəbul olan işçilərin əmək haqqı kartı və giriş-çıxış kartlarının hazırlanmasını təmin etmək - İş şəraiti: Dəmirçi Plaza, 23-cü mərtəbə
- İş qrafiki: Bazar ertəsi - Cümə 09:00-dan - 18:00-dək
- Əmək haqqı aralığı: 700-1000 AZN
- Ali təhsil
- İR sahəsində minimal 1 il iş təcrübəsi
- İnsan Resursları üzrə karyera hədəfli olmalı
- Həssas və məxfi məlumatları idarə etməyi bacarmaq
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
- Azərbaycan dilində səlis aydın danışmalı, rus və ingilis dilini bilməsi arzuolunandır
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Yenilikləri və trendləri izləməli
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı
- Stressədavamlı, məsuliyyətli, və inkişafa meyilli olmalı Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur