Əsas vəzifə və öhdəliklər:
- Restoranda olan elektrik avadanlığa və digər elektrik cihazlara xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür
- Restoranda olan texniki avadanlığa xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür
- Restoranda sıradan çıxmış elektrik lampalarının dəyişilməsi və tələb olunan digər elektrik işlərini yerinə yetirir
- Avadanlığın və elektrik şəbəkəsinin fasiləsiz işləməsini və düzgün istismar olunmasını mütəmadi yoxlayır
- Avadanlığının iş şəraitini öyrənir, onun vaxtından tez köhnəlməsinin səbəblərini aşkar edir, elektrik enerjisi itkilərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür
- Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli və onlara ciddi riayət etməli
- Yararsız avadanlıqların təmiri və ya yenisi ilə əvəzlənməsinin təmin olunması
- Avadanlıqların texniki servisi, profilaktik və plandanxaric təmirinin təşkili və həyata keçirilməsi
- Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişlər verir
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmiri İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
İşəgötürən: “BK Azərbaycan” MMC, Burger King restoranların şəbəkəsi - 30-45 yaş arasında
- Azərbaycan dili üzrə biliklər
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 3-cü elektrik dərəcəsi
- Ünsiyyətqurma və komandada işləmək bacarığı CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun