It layihə meneceri

Job details

  • Company ERA.az Team
  • Views 245
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 22 - 32
  • Salary 1100 - 1500 AZN
  • Experience1 - 3 years

Professions

Set vacancy as premium

It layihə meneceri

  • Education: Master
  • Deadline for application: 02 Jun 2024
  • Baku, Azerbaijan

About job

Vəzifə öhdəlikləri:
- Layihənin planlaşdırılması, icrası və icrasına nəzarəti təmin etmək
- Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri / kontraktorları düzgün koordinasiya etmək
- Layihə üzrə risk və digər məsələlərin müəyyən edilməsi, araşdırılması və həll olunmasına nəzarəti həyata keçirmək
- Layihə üzrə kommunikasiya və koordinasiyanı təşkil etmək, hesabatlığın aidiyyəti üzrə təqdim edilməsini təmin etmək
- Proqram və layihə idarəetməsi standartları üzrə maarifləndirmə məqsədilə layihə komandası ilə mütəmadi görüşlərin və təlimlərin təşkili
- Layihənin tələb olunan keyfiyyətdə və vaxtda, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək
- Texniki tapşırıqların yazılmasında iştirak
- Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək
- Beynəlxalq təcrübənin öyrənilməsi, layihə standartları, prosedurları və metodoloji sənədlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını təklif etmək Qazanacaqlarınız:
- Yaradıcı heyətlə çalışma
- Gənc kollektivlə işləmə imkanı İş rejimi:
- Ofis daxili
- Həftənin 5 iş günü (flextime)
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək
- İş yeri: Caspian Sport Plaza (Koroğlu metrosunun yaxınlığı)

Job Requirements

- Proqramlaşdırma sahəsi üzrə baza biliklər
- Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus və ya ingilis dillərindən ən azı birinin yaxşı səviyyədə bilməsi arzuolunandır
- MS Office proqramlarından tam istifadə etmə qabiliyyəti
- Layihə üçün əməkdaşlıq alətləri (məsələn: Trello, Jira, Redmine)
- Analitik və strateji düşüncə, həmçinin güclü araşdırma qabiliyyəti
- Stressə dözümlülük
- Vaxtın düzgün idarə edilməsi bacarıqları
- Komandanın idarə edilməsi bacarıqları
- Produktivlik
- Punktuallıq
- Vəzifə təlimatına müvafiq olaraq nəticəyönümlü fəaliyyətin təşkili
- İş qrafiki ilə bərabər olaraq keyfiyyətə yönəlik fəaliyyət təşkil etmək
- Beynəlxalq modelləri araşdırıb layihənin tələbinə cavab verən elementləri tətbiq etmək
- Layihələrin idarəedilməsi sahəsi üzrə təcrübənin olmağı mütləqdir Yalnız müvafiq tələblərə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan və tələblərə uyğun olan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “IT Project Manager” qeyd etmələri xahiş olunur Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan CV-lərə baxılmayacaqdır

Deadline has passed ! It is not possible to apply to this job !
Telegram