- Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat)
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarının analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi
- Təsdiq edilmiş hesabatlara əsasən material silgisi hesabatlarının hazırlanması
- Hazırlanmış smetaya, Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi
- Obyektlərin inşası üçün texniki sənədləşmənin hazırlanmasında iştirak edilməsi
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, layihə sənədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinin müəyyən edilməsi
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
- Layihəyə dair aylıq texniki hesabatların, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi
- Sahələrdən gələn texniki hesabatların yoxlanması
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- 6 günlük iş qrafiki (09:00-dan - 18:00-dək)
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Eskiz və işçi layihəni oxuma bacarığı
- Kompyuter biliyi: MS Excel, AutoCad, internet
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı CV-lərinizi “TİŞ – mühəndis” başlığı ilə göndərməyiniz xahiş olunur