- PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması
- Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili
- Cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək
- Korporativ dəyərlərinin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi və səlahiyyətləri daxilində həyata keçirilməsində iştirak edilməsi
- Qurumlar arası informasiya mübadiləsinin təşkil edilməsi, zəruri məlumatların əməkdaşlara operativ və qısa müddət ərzində təqdim edilməsi məqsədilə təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi, o cümlədən vətənpərvər, milli-mənəvi dəyərlər istiqamətində maarifləndirmənin səmərəli təşkil edilməsi
- İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması və nəticələr üzrə hesabatların tərtib edilməsi işində iştirak edilməsi
- Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılması
- Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməsi
- İş rejimi: 09:00-dan -18:00-dək
- AR vətəndaşlığı
- Ali təhsil
- 24-32 yaş
- Minimal iş təcrübəsi – 1-3 il
- Hərbi mükəlləfiyyət (Bəy namizədlər üçün mütləq tələbdir)
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir