Topdansatiş üzrə mütəxəssis

Job details

  • Company “Azerbaijan Fish Farm” MMC
  • Views 323
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 20 - 35
  • Salary 800 - 1000 AZN
  • Experience1 - 3 years

Professions

Set vacancy as premium

Topdansatiş üzrə mütəxəssis

  • Education: Master
  • Deadline for application: 27 Apr 2024
  • Baku, Azerbaijan

About job

Vəzifə üzrə öhdəliklər:
- Gündəlik ərazidə görülən işləri və sabahki iş planını topdan satış meneceri ilə müzakirə etmək
- Xarici görkəm standartlarına riayət etmək
- Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək
- Siyahıda olan obyektlər məhsul almadığı halda səbəbini araşdırmaq
- Gündəlik satış nöqtələrini ziyarət etmək
- Hər satış nöqtəsini ziyarət etdikdən sonra satış hesabatında qeydlər etmək
- Müştərilərə şirkətin məhsullarını təqdim etmək və onlar barədə ətraflı məlumat vermək
- Müştəri bazasını daim yeniləmək
- Ərazidə olan və şirkətlə əməkdaşlıq etməyən obyektləri ziyarət edib məlumat toplamaq və bu məlumatı topdan satış menecerinə təqdim etmək
- Qoyulmuş aylıq planı maksimal dərəcədə, maksimal səy ilə yerinə yetirmək
- Kommersiya direktoruna və topdan satış menecerinə mütəmadi məlumat və hesabat vermək
- Etdiyi satışın məbləğini ticarət obyektlərindən toplamaq və həmin gün bütün məbləği şirkətin xəzinəsinə ödəmək
- Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq
- Gündəlik iş qrafikinə əməl etmək, ehtiyac yarandığı halda rəhbərliyin göstərişi ilə iş saatlarından əlavə işləmək
- Müştəri borclarındakı hərəkətliliyi yoxlamaq
- Rəhbərlik, kommersiya direktoru və topdan satış menecerinin təşkil etdiyi iclaslarda iştirak etmək
- Ticarət nöqtələrində daim məhsulların mövqelərinin yaxşılaşması üçün fəaliyyət göstərmək
- Anbardan topdan satış mütəxəssinin adına çıxan məhsullara görə birbaşa maddi məhsuliyyət daşımaq
- Müşayiət edici sənədlərin hazırlanması və icrasına nəzarət etmək
- Logistikanı (malın vaxtında yüklənilməsi və çatdırılması) təşkil və nəzarət etmək
- Bazardakı satış qiymətlərinin monitorinqini və rəqibləri analiz etmək
- Müştəri müqavilələrinin, müqavilə şərtlərinin danışılması, şərtlərin icrasına nəzarət, yaranan problemlərin həll edilməsi
- Marketinq şöbəsinin təşkil etdiyi marketinq tədbirlərində iştirak etmək, daim Marketinq şöbəsi ilə əməkdaşlıq etmək
- Rəhbərliyin, kommersiya direktorunun və topdan satış menecerinin göstərişlərini yerinə yetirmək İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 6 günlük, istirahət günü: bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Job Requirements

- Ali təhsil (üstünlükdür)
- Minimum 2 il iş təcrübəsi (Qida sənayesi üzrə)
- Müştəriyə xidmət və satış, vaxt idarə etmə bacarıqları (planlaşdırma / prioritetləşdirmə), son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət, analiz etmə qabiliyyəti, komandada işləmək bacarığı
- 1 C MS, Office, Outlook, proqramlarında işləmək bacarığı
- Azərbaycan dili əla, rus dili üstünlükdür Vakansiyaya müraciət üçün CV-ləri “Topdansatış üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Deadline has passed ! It is not possible to apply to this job !
Telegram