Təlimçi – ekspert

Job details

  • Company Hüquq və İnsan Haqları İnstitutu
  • Views 550
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 25 - 65
  • Salary 1900 AZN
  • Experience5 - 10 years

Set vacancy as premium

Təlimçi – ekspert

  • Education: Master
  • Deadline for application: 13 Apr 2024
  • Baku, Azerbaijan

About job

- İş qrafiki - 5 günlük tam qrafik
- İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
- Struktur bölmə: İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi Vəzifə öhdəlikləri:
- Hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq
- Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi üçün müvafiq sahələrdə təlimlər keçmək
- Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər keçmək
- Müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək
- Dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək
- Təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək
- Dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək
- Hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq
- Qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində və rəylərin hazırlanmasında iştirak etmək
- Beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq
- Müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
- Şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq

Job Requirements

- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 5 ildən az olmayan əmək stajı və 2 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə

Dil bilikləri:
- Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır)

Kompüter biliklərinə dair tələblər:
- MS Office Proqramlarından istifadə - orta səviyyə
- Təqdimat hazırlama bacarığı (MS PowerPoint) - orta səviyyə
- İnternetdən istifadə - orta səviyyə

Şəxsi xüsusiyyətlər:
- Hüquq sahəsində təlim keçmə bacarığı
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq
- Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı

Digər məlumatlar:
- Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 19 mart 2024-cü il (saat 15:00-dək) tarixinədək email-nə göndərilməlidir

Deadline has passed ! It is not possible to apply to this job !
Telegram