- Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək
- Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək
- Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək
- Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin tam və vaxtında aparılmasına nəzarət etmək
- Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək
- Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək
- Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq
- Müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi:
- Müştərilərlə əlaqə yaratmaq, suallarını cavablandırmaq, gecikmə ilə bağlı yaranan problemləri araşdırmaq və gecikmədə olan kredit ödənişlərinin yığılması
- 5günlük iş qrafiki
- İş saatı 09:00-dan - 18:00 dək
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə Ali təhsilin olması
- Bankda və ya BOKT-da Kredit sahəsində minimum 1 il iş təcrübəsi
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı
- Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti
- Problemli kreditlərlə işləmə bacarığı