Daşınmaz əmlak sahəsində yüksək qazanc, güclü sistem və real karyera qurmaq istəyirsinizsə – sizi komandamıza dəvət edirik!
Şirkətimiz bazarda aktiv fəaliyyəti, geniş müştəri portfeli və peşəkar idarəetmə sistemi ilə seçilir. Məqsədimiz sadəcə elan yerləşdirmək deyil, müştərilərə düzgün seçim etdirmək, sürətli satış bağlamaq və hər əməkdaş üçün stabil, artan qazanc sistemi qurmaqdır. Əgər siz işləmək həvəsi olan, yüksək gəlir hədəfləyən və nəticə yönümlü insansınızsa, bu imkan sizin üçündür.
Rəsmi iş yeri qeydiyyatı
Rahat və müasir ofis şəraiti
İş saatı: 10:00 dan–19:00 dək
İş qrafiki: Tam iş günü, həftədə 1 gün istirahə
Hər əməkdaş üçün xüsusi masa və kompüter
Xüsusi əlaqə nömrəsi
Aylıq telefon abunə haqqı, elan balansı şirkət tərəfindən ödənilir
500.000-ə yaxın əmlak baza məlumatı
Biz sizə hazır sistem təqdim edirik. Geniş əmlak bazası və daxili CRM sistemi sayəsində müştərilərlə işləmək daha effektiv və planlı şəkildə həyata keçirilir. Zənglərin idarə olunması, müştəri qeydiyyatı, obyektlərin izlənməsi və satış prosesinin nəzarəti tam sistemli şəkildə aparılır. Bu isə daha çox bağlanan satış və daha yüksək qazanc deməkdir.
Daşınmaz əmlak sahəsində qazanc limiti yoxdur. Qazancınız birbaşa fəaliyyətiniz və bağladığınız satışlarla formalaşır. Biz isə sizə bu nəticəni əldə etmək üçün ofis, texniki təminat, reklam dəstəyi və geniş baza təqdim edirik.
Əgər siz sabit maaş düşüncəsindən daha çox yüksək gəlir və inkişaf düşüncəsi ilə hərəkət edirsinizsə, komandamızda yeriniz var.
Şirkət tərəfindən sosial medialarda aktiv reklam dəstəyi göstərilir. Yüksək keyfiyyətli və professional təqdimat videolarının çəkilişi təşkil olunur. Reklam xərcləri və çəkiliş xərcləri şirkət tərəfindən tam qarşılanır. Bu sayədə siz müştərilərə daha professional xidmət göstərmiş olur, obyektləri daha cəlbedici formada təqdim edir və satışları daha rahat şəkildə həyata keçirirsiniz. Güclü vizual təqdimat birbaşa olaraq satış sürətinə və qazanca təsir edir.
Ofisimiz rahat, motivasiyaedici və pozitiv mühitə malikdir. Gülərüz kollektiv və dəstəkçi rəhbərlik ilə hər əməkdaşın inkişafı diqqətdə saxlanılır. Yeni başlayan əməkdaşlar üçün də sistem və istiqamət aydın şəkildə təqdim olunur ki, qısa zamanda nəticə əldə etmək mümkün olsun.
İşləmək istəyi yüksək olan
Yüksək qazanc hədəfi olan
Tapşırıqları zamanında və dəqiq yerinə yetirən
Həll yönümlü və məsuliyyətli
Ünsiyyət bacarığı və özünə inamlı namizədləri komandamıza dəvət edirik.
Contact number: (010) 239-79-22