Ametist Art – premium səviyyəli keramoqranit, aksesuarlar və interyer məhsulları satışı ilə məşğuldur. Müştərilərimizə yüksək keyfiyyətli məhsullar və fərdi yanaşma ilə xidmət göstəririk.
İş şərtləri:
İş qrafiki: 09:00 dan – 18:00 dək
İş günləri: 6 iş günü (1 gün istirahət)
Əmək haqqı: ilk ay 700 AZN və sonrakı aylarda razılaşdırılan net əmək haqqı + satışdan bonuslar
Müraciət üçün:
CV-ni və ya qısa məlumatınızı ametist.estima@gmail.com ünvanına göndərin. Mövzu hissəsində “Satış və Administrativ İşçi” yazmağınız xahiş olunur.
Yaş: 22–40 arası
Ali və ya orta ixtisas təhsili
Satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
Ünsiyyət bacarığı yüksək, məsuliyyətli və səliqəli olmalı
Kompüter bilikləri (MS Office, sosial media) arzuolunandır
Azərbaycan dilində sərbəst, rus dilini bilmək üstünlükdür.
Mağazada müştəriləri qarşılayıb məhsullar haqqında ətraflı məlumat vermək
Satış prosesini həyata keçirmək və müştəri məmnuniyyətini təmin etmək
Mağaza və ofis ilə bağlı gündəlik administrativ işləri icra etmək
Sifarişlərin qeydiyyatını və sənədləşməsini aparmaq
Rəhbərliyə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında kömək göstərmək.
Contact number: (010) 228-20-10