Layihə rəhbəri

Job details

  • Company Faber Construction MMC
  • Views 88
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 30 - 40
  • Contact person E-mail afgan.isgandarli@faberconstruction.info
  • Salary 2000 - 2500 AZN
  • Experience5 - 10 years

Set vacancy as premium

Layihə rəhbəri

  • Education: Master
  • Deadline for application: 21 May 2026
  • Baku, Azerbaijan

About job

Müvafiq sahə üzrə ali təhsil;

5 ildən artıq iş təcrübəsi;

Kompyuter bilikləri - MS Office, AutoCad;

Komandanı idarə etmək bacarığı;

Yüksək təşkilatçılıq və liderlik;

Təşəbbüskarlılıq və tələbkarlılıq;

Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;

Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;

Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilmək;

Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;

Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilmək;

Layihələri oxumağı və təhlil etməyi bilməli;

Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilmək;

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;

Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilmək.

Job Requirements

Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək;

İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;

Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;

Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək;

Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;

Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;

Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək;

Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək;

Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək;

İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək;

Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək;

Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;

İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Contact number: (010) 382-80-21

Apply to this job
Application form is loading
Telegram