İT sahəsində özünü inkişaf etdirmək, real layihələrlə işləmək və peşəkar bir mühitdə təcrübə qazanmaq istəyirsənsə — HMC Company tam sənlikdir!
Komandamıza ödənişli Təcrübəçi İT Mütəxəssisi axtarırıq.
Təcrübəyə ehtiyac yoxdur, iş öyrədilir
HMC Company-də səni nə gözləyir?
11 illik təcrübəyə malik peşəkar İT mühiti
Müxtəlif sektorlarla işləmə təcrübəsi
İnkişaf, təlim və sertifikasiya imkanları
Stabil, dəstəkləyici və dost komanda
Təcrübə proqramı ödənişlidir.
* Tələbə olmamalıdır (İstisna: magistratura – axşam növbəsi)
* Texniki sahələr üzrə təhsil
* Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dilləri – arzuolunandır
* Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlər
* Ümumi İT helpdesk biliklərinin olması – üstünlük
* Korporativ şəbəkələrin iş prinsipləri üzrə biliklər
* LAN/WAN, VPN texnologiyaları üzrə biliklər
* Router, Switch və Firewall avadanlıqları barədə bilik
* Microsoft Windows əməliyyat sistemləri və proqram təminatlarının qurulması bacarığı
* VMware və digər virtuallaşma sistemləri üzrə biliklər – üstünlük
* Linux / RedHat / Ubuntu bilikləri – üstünlük.
* Müştəri və şirkət daxilində yaranan İT problemlərinin operativ həlli
* Korporativ şəbəkə, server və sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
* LAN/WAN, VPN və digər şəbəkə xidmətlərinin qurulması və dəstəyi
* Router, Switch, Firewall və digər avadanlıqlarla işləmək, sazlama və diaqnostika
* Microsoft Windows əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırılması və dəstəklənməsi
* Müştəri sorğularının qeydiyyatı, icrası və proseslərə nəzarət
* Avadanlıqların inventarizasiyası və texniki sənədləşmənin aparılması
* Sistemlərin təhlükəsizliyi və backup proseslərinin nəzarətdə saxlanılması.
Contact number: (012) 310-55-11