İTTTİ idarəsi, SCADA və avtomatika şöbəsi Böyük Mütəxəssis
Daxili nömrə 258
Avtomatlaşdırma mühəndisliyi üzrə ali təhsil; SCADA və sənaye avtomatikası üzrə mühəndis kimi minimum 1-2 il iş təcrübəsi;
Yenidənqurma və ya mövcud sistemlərin modernizasiyası layihələrində təcrübəsi olanlara üstünlük veriləcək;
Azərbaycan dili – səlis; İngilis dili – texniki səviyyədə; Rus dili - arzuolunandır.
Texniki sənədlərlə və hesabatlarla müstəqil işləmək bacarığı;
BİLİK VƏ BACARIQLAR SCADA və PLC əsaslı sənaye avtomatikası sistemlərinin arxitekturası, işləmə prinsipləri və tətbiqi üzrə biliklər;
PLC proqramlaşdırma bacarığı; SCADA platformaları və PLC ailələri üzrə texniki biliklər: Avtomatika sistemlərinə dair beynəlxalq və yerli standartlar üzrə (IEC, ISA, EN və s.) biliklər;
Nəzarət-ölçü cihazlarının işləmə prinsipləri, seçimi və və avtomatika layihələrində tətbiqi üzrə fundamental biliklər, SCADA və PLC sisteminə inteqrasiya bacarığı;
Elektrik və elektronika üzrə biliklər; Vəzifə üzrə tələblər: SCADA və avtomatika sistemləri üzrə layihələrin bütün mərhələlərində (layihələndirmə, tender, icra, sınaq və istismara vermə) texniki fəaliyyətlərin həyata keçirilməsi və nəzarəti;
İstismarda olan avtomatika sistemlərinin diaqnostikası və nasazlıqların aradan qaldırılması;
Sınaq və təhvil-təslim proseslərində iştirak etmək və texniki uyğunluq barədə rəy vermək;
Avtomatika və SCADA sistemlərinin normativ və standartlara uyğunluğunu təmin etmək və bu istiqamətdə nəzarət aparmaq;
Texniki sənədlərin hazırlanması, yoxlanması və idarə olunmasını müəyyən edilmiş prosedurlara uyğun icra etmək.
Contact number: (012) 377-07-70