Fly Friendly komandası böyüyür — Müştəri Müraciətləri üzrə Menecer axtarırıq
Fly Friendly uçuşu gecikən, ləğv olunan və ya problem yaşayan sərnişinlərə kompensasiya almaqda kömək edən bir şirkətdir. Biz sadəcə xidmət göstərmirik — insanların stresli və qarışıq vəziyyətdə hüquqlarını anlamasına və haqqını almasına kömək edirik.
Hazırda komandamıza elə bir insan axtarırıq ki, bu işi sadəcə mesaj cavablandırmaq kimi yox, real dəyər yaradan və məsuliyyət tələb edən bir rol kimi görsün.
Bu rolda sənin əsas işin bizə yazan müştərilərlə ilk ünsiyyəti qurmaq, onların vəziyyətini anlamaq, lazımi məlumatları toplamaq və uyğun müraciətləri düzgün şəkildə aidiyyəti şöbəyə yönləndirmək olacaq. Yəni müştərinin Fly Friendly ilə ilk təəssüratını sən formalaşdıracaqsan.
Biz nə təklif edirik:
Fix maaş + performansa əsaslanan bonus sistemi
Nəticəyə görə gəlirin əhəmiyyətli dərəcədə artma imkanı
Böyüyən komandada real təsir gücü
Gələcəkdə daha böyük məsuliyyət və inkişaf imkanı
Bu rol sadəcə mesaj cavablandırmaq deyil; sürətli düşünmək, düzgün yönləndirmək və eyni anda bir neçə müraciəti diqqətlə idarə etmək bacarığı tələb edir.
Əgər özünü bu rolda görürsənsə, CV-ni və özün haqqında qısa təqdimatı hr@fly-friendly.com vasitəsilə bizə göndər.
Müraciətdə bunları qeyd etməyin vacibdir:
-niyə bu rola uyğun olduğunu birneçə cümlə ilə izah et
-müştəri ilə yazılı və səsli ünsiyyət təcrübən varsa, ayrıca yaz
CV ilə yanaşı qısa təqdimat göndərməyən namizədlərin müraciətinə baxılmayacaq.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Yazılı və səsli ünsiyyəti güclü olan
Azərbaycan dilində sərbəst, rus dilində yaxşı danışa bilən
Sürətli və məsuliyyətli işləyə bilən
Detalları qaçırmayan
Stress altında sakit qala bilən
Eyni anda bir neçə müraciəti idarə edə bilən
Satış, customer support və ya müştəri ilə ünsiyyət sahəsində təcrübəsi olanlara üstünlük verilir
Sadəcə iş axtarmayan, nəticə yaratmaq istəyən.
WhatsApp, Instagram, sayt və digər kanallardan gələn müraciətləri cavablandırmaq
Müştərilərlə həm yazılı, həm də səsli şəkildə ünsiyyət qurmaq
Müştəridən lazım olan ilkin məlumatları toplamaq
Uyğun müraciətləri sistemə düzgün daxil etmək və aidiyyəti şöbəyə ötürmək
Ünsiyyətdə aydın, nəzakətli və operativ olmaq
Müştəri ilə ilkin ünsiyyətdə güvən formalaşdırmaq.
Contact number: (051) 694-00-84