Baş mühasib

Job details

  • Company "Poly Cleaner" MMC
  • Views 25
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 29 - 48
  • Contact person E-mail sales@polycleaner.az
  • Salary 1550 - 1850 AZN
  • Experience5 - 10 years

Set vacancy as premium

Baş mühasib

  • Education: Master
  • Deadline for application: 23 Apr 2026
  • Baku, Azerbaijan

About job

Poly Cleaner MMC istehsalat və təkrar emal sahəsində fəaliyyət göstərən şirkətdir. Hazırda şirkətin maliyyə-mühasibat uçotunun peşəkar səviyyədə idarə olunması, vergi və hesabatlılıq proseslərinin düzgün qurulması, daxili nəzarət və maliyyə intizamının gücləndirilməsi üçün təcrübəli Baş Mühasib axtarırıq.

Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil

Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi

Vergi Məcəlləsi, Əmək Məcəlləsi, mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə güclü biliklər

İstehsalat, anbar, maya dəyəri və material uçotu sahəsində praktiki təcrübə

E-gov, e-taxes, internet banking, e-qaimə, ƏDV depozit hesabı və elektron hesabat sistemləri ilə sərbəst işləmək bacarığı

1C, Excel və digər mühasibat proqramlarını yüksək səviyyədə bilmək

Analitik düşüncə, dəqiqlik, məsuliyyət və məxfilik prinsiplərinə riayət

Komanda idarəçiliyi və rəhbərliyə hesabat təqdim etmə bacarığı

Audit və vergi yoxlaması təcrübəsi üstünlükdür

İstehsalat və ya sənaye sektorunda iş təcrübəsi üstünlükdür

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə təqdim etmələri xahiş olunur.

Job Requirements

- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək

- Vergi, DSMF, statistika və digər məcburi hesabatların vaxtında və düzgün hazırlanıb təqdim edilməsini təşkil etmək

- Bank, kassa, ödəniş tapşırıqları, hesab-fakturalar, e-qaimə, müqavilə və maliyyə sənədlərinin uçotuna nəzarət etmək

- Debitor və kreditor borcların uçotunu aparmaq və nəzarətdə saxlamaq

- Əmək haqqı hesablamaları, məzuniyyət, ezamiyyət, son haqq-hesab və digər ödəniş proseslərini düzgün təşkil etmək

- Anbar, əsas vəsait, material, istehsalat xərcləri və məhsul maya dəyəri uçotuna nəzarət etmək

- Maliyyə intizamı, sənəd dövriyyəsi və daxili nəzarət mexanizmlərini qurmaq və təkmilləşdirmək

- Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə məlumatları, idarəetmə hesabatları və analizlər hazırlamaq

- Audit, vergi yoxlamaları və dövlət orqanları ilə bağlı proseslərdə şirkəti peşəkar şəkildə təmsil etmək

- ERP / 1C / mühasibat proqramlarında əməliyyatların düzgün əks olunmasına nəzarət etmək

Contact number: (055) 858-26-95

Apply to this job
Application form is loading
Telegram