Gömrük əməliyyatları sənədləşməsi üzrə mütəxəssis (broker)

Job details

  • Company Gigan Consulting
  • Views 45
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 20 - 60
  • Contact person E-mail office@gigan.az
  • Salary 400 - 2000 AZN
  • Experience1 - 3 years

Set vacancy as premium

Gömrük əməliyyatları sənədləşməsi üzrə mütəxəssis (broker)

  • Education: Master
  • Deadline for application: 02 Apr 2026
  • Baku, Azerbaijan

About job

Ali və ya peşə ixtisas təhsili (iqtisadiyyat, logistika, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə üstünlükdür);

Gömrük əməliyyatları və sənədləşmə sahəsində minimum 1 il iş təcrübəsi (1–2 il və daha çox təcrübə üstünlük hesab olunur);

Bəyannaməçinin İxtisas Attestatının olması üstünlükdür;

Gömrük orqanları və müvafiq sənədləşmə xidmətləri sahəsində praktiki təcrübə üstünlükdür;

Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;

Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook), elektron poçt və sənəd idarəetmə proqramlarında işləmə bacarığı;

Diqqətli, məsuliyyətli və vaxtın düzgün idarə olunması bacarığı;

Müştəri yönümlü yanaşma və komanda ilə işləmə bacarığı.

Job Requirements

Qısa idxal, tranzit və sərbəst dövriyyəyə buraxılış gömrük bəyannamələrinin elektron qaydada tərtib edilməsi və sistemə işlənilməsi;

Mal və nəqliyyat vasitələrinin idxal, ixrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları altında bəyan edilməsi;

İdxal-ixrac əməliyyatları üzrə bütün növ gömrük bəyannamələrinin hazırlanması;

İxrac sənədlərinin hazırlanması və onların düzgünlüyünün təmin edilməsi;

CMR (beynəlxalq avtomobil daşımaları sənədi) sənədlərinin hazırlanması və qeydiyyatının aparılması;

Dövlət qurumlarından tələb olunan sertifikat və icazələrin alınması üçün müraciətlərin hazırlanması və təqdim edilməsi;

Müştərilər tərəfindən təqdim olunan sorğuların cavablandırılması, bazalaşdırılması və müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;

Sənədlərin müştərilərə vaxtında təqdim edilməsi və operativ kommunikasiya;

Müştəri loyallığının təmin edilməsi məqsədilə yüksək səviyyəli xidmət göstərilməsi və davamlı əlaqənin saxlanılması.

Contact number: (099) 355-29-88

Apply to this job
Application form is loading
Telegram