Erp hotel proqramı üzrə it məsləhıtçi

Job details

  • Company CREA
  • Views 6
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 22 - 35
  • Contact person E-mail hr@crea.az
  • Salary 750 AZN
  • Experience1 - 3 years

Set vacancy as premium

Erp hotel proqramı üzrə it məsləhıtçi

  • Education: Master
  • Deadline for application: 26 Mar 2026
  • Baku, Azerbaijan

About job

Crea Business Solutions & Consulting Restoran, otel və mağaza idarəetmə proqramları, həmçinin pərakəndə, topdan satış və istehsalat ERP sistemlərinin tətbiqi və konsaltinq xidmətlərini göstərən firmamız, gənc və pozitiv komandasına yeni üzvlər dəvət edir.

İş şəraiti:

• İş vaxtı: Həftənin 6 günü.• İş saatları: Bazar ertəsi – Cümə: 10:00-dan 19:00-dək; Şənbə: 09:00-dan 13:00-dək.• Nahar fasiləsi: 13:00-dan 14:00-dək.• İstirahət günü: Bazar günü

 www.crea.azÜnvan:  Əliəşrəf Əlizadə 790/8, Nərimanov, Bakı, Azərbaycan

Tələblər və Kompetensiyalar:

• Təhsil: Universitetlərin Kompüter Elmləri sahəsi üzrə məzun olmaq. Mühasibatlıq sahəsində təhsil və ya müvafiq sertifikatın olması böyük üstünlükdür.

• İş Təcrübəsi: ERP və mühasibatlıq proqramlarının işləmə prinsipləri sahəsində praktiki bilik və təcrübə. Proqram analiz proseslərində minimum 1 il təcrübə.

Texniki Biliklər:

• SQL bilikləri və mühasibatlıq biliklərinin olması zəruridir.• Windows 7, 10, 11 və Windows Server mühitində sərbəst işləmək bacarığı.• VirtualBox, VMware və virtual serverlərin idarə olunması.•  Microsoft Office (xüsusilə peşəkar Excel bilikləri).

Şəxsi Keyfiyyətlər:

Davamlı öyrənməyə meyilli, problem həll etmə, qərar qəbul etmə və planlaşdırma qabiliyyətinə sahib, kollektivlə işləmə bacarığı olan və məsuliyyətli.

• Yaş və Cins: 22-35 yaş

• Bəy namizədlər.

Job Requirements

• ERP və Mühasibatlıq Sistemləri üzrə Təcrübə: Mövcud ERP və mühasibatlıq proqram təminatlarının idarə edilməsi və onlara texniki dəstəyin göstərilməsi. Yeni modulların test edilməsi, işləmə prinsiplərinin mənimsənilməsi və istifadəçilər üçün təlimatlandırma işlərinin aparılması.

• SQL Server İdarəetməsi: SQL verilənlər bazalarının yaradılması, quraşdırılması və texniki baxışın keçirilməsi. Bazada idarəetmə vəzifələrinin müəyyənləşdirilməsi və optimallaşdırılması.

• Məlumatların Təhlükəsizliyi və Backup: Verilənlər bazasının ehtiyat nüsxələrinin çıxarılması (Full backup), bərpası (Restore), sıxılması (Shrink), qoşulması (Attach) və məlumatların köçürülməsi (Import/Export) əməliyyatlarında praktiki təcrübə.

• Sistem İnzibatçılığı: Windows Server əməliyyat sistemlərinin ilkin sazlanması, istifadəçilər üçün giriş hüquqlarının (Access) təyin edilməsi və PowerShell skriptləri vasitəsilə sistemin idarə olunması.

• Şəbəkə və Avadanlıq Dəstəyi: Router, Access Point və digər şəbəkə cihazlarının qurulması; aparat (hardware) və proqram (software) təminatı xətalarının vaxtında aradan qaldırılması.

• Uzaqdan İdarəetmə: TeamViewer, AnyDesk, Ammyy Admin və s. proqramlar vasitəsilə uzaqdan dəstək; RDP (Remote Desktop) bağlantılarının həm lokal, həm də qlobal şəbəkə üzərindən bir neçə istifadəçi üçün qurulması.

• Monitorinq və Koordinasiya: Müvafiq monitorinq alətləri ilə sistem performansının izlənilməsi, proqramçı komandaları ilə əlaqələndirmə və sistemin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.

Contact number:

Apply to this job
Application form is loading
Telegram