· İş yeri:Xətai ray,Babək pr 64D· PMP sertifikatı olan əməkdaşlara üstünlük verilir.
· Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla, razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirilməsi;· Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;· Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi;· Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi;· Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi;· Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;· Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;· Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;· Smeta sənədlərinin uçotunun aparılması, smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;· Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;· Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi;· Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;· Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
Contact number: (012) 408-32-34