Gömrük təmsilçisi vəzifəsi üzrə işə qəbul olunan namizəd idxal və ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosesində şirkəti və müştəriləri təmsil edəcəkdir
Namizəd gömrük orqanları ilə operativ əlaqənin qurulması, sənədlərin düzgün və vaxtında hazırlanması, müştərilərlə peşəkar ünsiyyətin təmin olunması və gömrük prosedurlarının qanunvericiliyə uyğun şəkildə icrası üzrə fəaliyyət göstərəcəkdir
Vəzifə öhdəliklərinə gömrük bəyannamələrinin hazırlanması, müşayiətedici sənədlərin yoxlanılması və sistemləşdirilməsi, daxili hesabatların aparılması, müştərilərin sorğularının cavablandırılması, eləcə də şirkət daxilində müəyyən edilmiş nizam-intizam və korporativ mədəniyyət qaydalarına riayət edilməsi daxildir.
Xarici dil bilikləri (rus və/və ya ingilis dili üstünlükdür)
Gömrük təmsilçiliyi sahəsində iş təcrübəsi
Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ixtisas attestatının olması (əsas və mütləq şərtdir)
Azərbaycan dilində səlist danışıq və yazı bacarığı
Kompüterdə işləmək bacarığı: MS Excel və MS Word proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
Kollektivdə işləmək bacarığı
Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı
İşdə nizam-intizam və məsuliyyətlilik
Korporativ mədəniyyət və etik davranış qaydalarına riayət etmək
Contact number: (051) 656-27-01