Təchizat üzrə mütəxəssis

Job details

  • Company TVVO texs Əlcək fabriki
  • Views 69
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 28 - 40
  • Contact person E-mail info@tvvotexs.com
  • Salary 1000 - 1100 AZN
  • Experience5 - 10 years

Set vacancy as premium

Təchizat üzrə mütəxəssis

  • Education: Master
  • Deadline for application: 04 Mar 2026
  • Baku, Azerbaijan

About job

Məsuliyyəti:
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır

Bilməlidir:
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini (satınalmalar haqqında qanun)
Yuxarı orqanların və şirkət rəhbərliyinin əmr, sərəncam və qanunlarını
Şirkətin idarəetmə strukturunu, texniki və iqtisadi inkişaf istiqamətlərini
Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını
Daxili nizam-intizam qaydalarını
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və yanğından mühafizənin norma və qaydalarını

Əlavə məlumat:
Nahar şirkət tərəfindən verilir
İş saatları 08:00 dan-19:00 dək
Əmək haqqı kartla ödənilir.
Ali texniki təhsilli
Müvafiq sahələrdə 5-10 ildən az olmayaraq iş təcrübəsi olan
Kompüter MS Office proqramları bilmək
Dil bilikləri – Azərbaycan dili, ingilis dili, rus dili
Xaricdən alınan məhsulları Azərbaycan Respublikasının Gömrük idarəsindən təhvil alıb anbara çatdırmaq
INCOTERMS 2020 bilmək.

Job Requirements

Təchizat üzrə mütəxəssis, təchizat departamentinin müdirinin göstərişləri əsasında şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir
Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək
kMalların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək
Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək
Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək
Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək
Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.

Contact number: (077) 721-51-15

Apply to this job
Application form is loading
Telegram