İşin məzmunu: Caspian Supplies MMC-nin Xırdalan şəhərində, Bravo marketin arxasında yerləşən istehsal mərkəzinin anbarında çap məhsulları və mətbəə xidmətləri ilə bağlı məhsulların düzgün saxlanılması, qeydiyyatı və tədarükünə nəzarət etmək Əsas Vəzifələr və Öhdəliklər: - Çap məhsulları və mətbəə xidmətləri ilə bağlı məhsulların anbardakı qəbulu, saxlanması, qeydiyyatı və çıxarılmasına nəzarət etmək
- Sifarişlərə uyğun olaraq məhsulların düzgün toplanması və hazırlanmasını təmin etmək
- Anbar inventarlarını daim yeniləmək və qeydiyyatını aparmaq
- Məhsul zədələnməsi və ya itirilməsi hallarında müvafiq rəhbərliyə məlumat vermək
- Təhlükəsizlik qaydalarına və prosedurlarına riayət etmək
- İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
- Həftəlik, aylıq, rüblük və illik anbar qalıb hesabatlarını aparıb rəhbərliyə təqdim etmək
- İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək İş Şərtləri:
- İş qrafiki: Həftənin 1-dən - 6-cı gününə dək, saat 09:00-dan - 18:00-dək
- Tam iş günü
- Rəsmi müqavilə əsasında işə qəbul
- Təklif olunan əmək haqqı: minimal 350 AZN, DSMF və vergi tutulmaları qanuna uyğun müvafiq formada aparılır
Namizədlər Üçün Xüsusi Şərtlər: - Yaş həddi: 20-45
- Qadın namizədlərə üstünlük veriləcək
- Xırdalan şəhərində yaşayan namizədlərə üstünlük veriləcək Tələb olunan bacarıqlar və təcrübə: - Orta təhsil, müvafiq sahədə təcrübə üstünlük təşkil edir
- Yaxşı fiziki vəziyyət və orta ağırlıqlı yükləri qaldırma qabiliyyəti
- Detallara diqqət, məsuliyyətli və təşkilatçılıq bacarıqları
- Komandada işləmək bacarığı
- Əsas kompüter proqramlarından (məsələn, MS Office) istifadə bacarıqları
- Çap məhsulları və mətbəə xidmətləri ilə bağlı anbar idarəetmə sistemləri ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir