Udentix komandasına yeni üzv axtarılır!
Sürətlə böyüyən stomatoloji texnologiya brendi Udentix, 2026-cı il inkişaf hədəfləri üçün satış komandasına motivasiyalı və öyrənməyə açıq yeni əməkdaş dəvət edir.
İş qrafiki: 09:00 dan–18:00 dək
Əmək haqqı: 700 AZN + bonus
(Bonus və gəlir səviyyəsi təcrübə və satış nəticələrinə əsasən artandır)
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yaş: 22–29 (Yalnız bəy namizədlər)
Satış sahəsində minimum 1 il iş təcrübəsi
(Tibb sahəsində satış təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Azərbaycan dilində səlis danışıq
Xoş və səliqəli zahiri görünüş
Yüksək ünsiyyət və satış bacarıqları, fikrini aydın ifadə etmə qabiliyyəti
İşgüzar, məsuliyyətli, dürüst və hədəf yönümlü
Gərgin iş qrafikində səmərəli işləmə bacarığı
Komanda ilə işləmək və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı.
Şirkət məhsullarının satışının həyata keçirilməsi
Mövcud və potensial müştərilərlə aktiv əlaqələrin qurulması
Müştərilərə məhsulların keyfiyyəti, tərkibi və üstünlükləri barədə ətraflı məlumat verilməsi
Satış planlarının icrası və qarşıya qoyulan hədəflərə çatmaq
Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə münasibətlərin qorunması
Görülmüş işlər barədə rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi
Müştərilərin ehtiyac və tələblərinin təhlil edilməsi.
Contact number: (051) 555-00-12