Şirkət: Acorp Trade MMC
İş yeri: Bakı
İş qrafiki: Tam ştat
Biz Acorp Trade MMC olaraq sənaye və ticarət sahəsində fəaliyyət göstərən, dövlət və iri korporativ müştərilərlə işləyən beynəlxalq yönümlü şirkətik. Komandamıza stressə davamlı, analitik düşüncəli və güclü danışıqlar bacarığı olan Procurement Agent axtarırıq.
Biz nə təklif edirik:
Rəqabətədavamlı əmək haqqı, təcrübəyə görə
Dinamik və real biznes mühiti
Böyüyən şirkətdə karyera perspektivi
Qərarvermədə sərbəstlik və məsuliyyət
Müraciət üçün
CV-lərinizi sales@acorptrade.com ünvanına göndərin
Əlaqə telefonu: qeyd olunan nömrə
Qeyd:
Bu vakansiya masada oturub gözləyənlər üçün deyil. Biz real bazarı tanıyan, ticarəti sevən və nəticə gətirən insan axtarırıq.
Yüksək stressə davamlılıq və sürətli qərarvermə qabiliyyəti
Güclü ticarət və qiymət danışıqları bacarığı, bazarla işləmə bacarığı
Məntiqi və analitik düşüncə, detallara diqqət
Yüksək intizam və məsuliyyət hissi
Saatlarla məhsul araşdırmaq, müqayisə etmək və ən optimal variantı seçmək bacarığı
Bakı üzrə yerli bazarları yaxşı tanımaq, xüsusilə Sədərək, Binə və yerli topdansatış nöqtələri
Qiymət və keyfiyyət balansını düzgün analiz etmək bacarığı
Üstünlüklər:
Sənaye malları, avadanlıq və ya topdansatış sahəsində təcrübə
Dövlət və korporativ satınalma məntiqini başa düşmək
Aktiv, çevik və nəticəyönümlü düşüncə tərzi.
Yerli bazarlardan və təchizatçılardan malların axtarışı və satınalması
Alternativ məhsulların və təchizatçıların müqayisəli analizi
Qiymət danışıqlarının aparılması və ən sərfəli şərtlərin əldə edilməsi
Satınalma prosesinin sənədləşdirilməsi və nəzarəti
Logistika və satış komandası ilə koordinasiyalı iş.
Contact number: (050) 201-80-73