Müştəri xidmətləri üzrə təmsilçi

Job details

  • Company Positive Call Center
  • Views 82
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 19 - 35
  • Contact person E-mail shahla.hasanova@positivecc.com
  • Salary 800 - 1000 AZN
  • ExperienceLess than 1 year

Set vacancy as premium

Müştəri xidmətləri üzrə təmsilçi

  • Education: Master
  • Deadline for application: 05 Jan 2026
  • Baku, Azerbaijan

About job

Müştəri Xidmətləri üzrə Təmsilçi

Positive Call Center

Namizədlər minimum B2 səviyyəsində İngilis dili biliyinə malik olmalıdırlar.
Hazırda Turkish Airlines-a xidmət göstərən layihəmiz üçün müştəri nümayəndələri axtarırıq.
Positive Call Center-də peşəkar komandaya qoşularaq inkişaf edə və uğurlu karyera qura bilərsiniz.

Müştəri nümayəndəsi vəzifəsində sizə daxil olan zənglərin cavablandırılması və dəyərli müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi tapşırılacaqdır.

Təlim müddətini başa vurduqdan sonra işə başlayacaqsınız və aylıq performans qiymətləndirilməsi aparılacaqdır. Əməkdaşlar əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan bonus sistemi üzrə də əlavə gəlir əldə edə bilərlər. Namizədlərin yaşı 19-35 arasında olmalıdır.
Performans qiymətləndirilməsi hər rübdə keçirilir və uğurlu işçilərə əmək haqqı artımı tətbiq olunur.

Növbəli iş sistemi həftədə 6 gün, gündəlik 8 saat 30 dəqiqə (1 saat nahar/fasilə daxil olmaqla) təşkil edir. Növbələr həftəlik dəyişir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonrakı növbə dəyişikliyi üçün servis xidməti mövcuddur). Uyğun növbə həlləri qarşılıqlı razılaşma əsasında həyata keçirilir.

İngilis dilinizi inkişaf etdirmək, müştəri xidməti sahəsində təcrübə qazanmaq və mehriban, sosial mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi email vasitəsilə göndərə, əlavə məlumat üçün telefonla əlaqə saxlaya, həftə içi günlərdə saat 09:00–18:00 arası Nizami küç., AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşa və ya rəsmi link üzərindən müraciət edə bilərsiniz.
- Namizədlər minimum B2 səviyyəsində İngilis dili biliyinə malik olmalıdırlar.
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Yaş həddi: 19-35 yaş
İngilis dili yaxşı səviyyədə bilməlidir (B2-C1)
Nitq qabiliyyəti, İngilis dilində səlis danışıq qabiliyyəti
Növbəli işləmə (Səhər, Günorta, Axşam, Gecə)
Microsoft Office proqramları ilə işləmək bacarığı.

Job Requirements

Operativ olaraq telefon zənglərini qəbul etmək
Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumat vermək
Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və uyğun şəxsə yönləndirmək

Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini hr@positivecc.com ünvanına “Müştəri Xidmətləri üzrə Təmsilçi” mövzusu ilə göndərmələri və ya rəsmi karyera səhifəmiz vasitəsilə müraciət etmələri xahiş olunur: https://www.positivecc.com/career

Contact number: (012) 599-88-78

Apply to this job
Application form is loading
Telegram