Xarici turistlərlə işləyən turizm mütəxəssisi (incoming)

Job details

  • Company FM TOUR
  • Views 189
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 0 - 0
  • Salary 1000 - 2500 AZN
  • Experience1 - 3 years

Set vacancy as premium

Xarici turistlərlə işləyən turizm mütəxəssisi (incoming)

  • Education: Master
  • Deadline for application: 21 Nov 2025
  • Baku, Azerbaijan

About job

Turizm sahəsində təcrübən varsa, Azərbaycanı sevərək tanıdırsansa və qonaqlarla işləməyi xoşlayırsansa — bu vəzifə sənin üçündür!
Biz qonaqpərvər, məsuliyyətli və ünsiyyətcil Incoming mütəxəssisi axtarırıq Vəzifə öhdəlikləri:
- Xarici turistlərdən və tərəfdaşlardan gələn sorğuların vaxtında və peşəkar şəkildə cavablandırılması
- Müxtəlif ölkələrdən gələn qonaqlara Azərbaycan üzrə turlar, marşrutlar, otellər və ekskursiya proqramları haqqında dəqiq və cəlbedici məlumatın təqdim edilməsi
- Fərdi və qrup turlarının planlaşdırılması, qiymət təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
- Təchizatçılar, bələdçilər, otellər və nəqliyyat şirkətləri ilə əlaqələrin qurulması və koordinasiyası
- Qonaqların gəlişindən gedənədək yüksək səviyyədə xidmətin təmin olunması və məmnuniyyətin izlənməsi
- Əməkdaşlıq edilən xarici agentliklər və tur operatorları ilə davamlı kommunikasiya Əmək haqqı və bonuslar:
- Əmək haqqı: 1000 – 2500 AZN (təcrübə və bacarıqlara görə dəyişir)
- Bonuslar: Incoming tur satış hədəflərinin yerinə yetirilməsinə görə əlavə mükafatlar İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00 dan– 18:00 dək
- Şənbə: 10:00 dan– 16:00 dək Azərbaycanın gözəlliklərini dünyaya birlikdə tanıdaq! Müraciət üçün CV-ni e-poçt vasitəsilə göndər və mövzu hissəsində “Incoming mütəxəssisi” başlığını qeyd et.

Job Requirements

- Turizm sahəsində minimum 1 il iş təcrübəsi (incoming istiqamətində təcrübə üstünlükdür)
- Azərbaycan turizm məkanlarını, otelləri və marşrutları yaxşı tanıyan
- İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlük sayılır
- Yüksək ünsiyyət və təqdimat bacarığı, qonaqlarla pozitiv münasibət qurma qabiliyyəti
- Diqqətli, məsuliyyətli, təşəbbüskar və komandada işləməyi bacaran
- Ofis proqramları və turizm sistemləri ilə işləmə bacarığı.

Deadline has passed ! It is not possible to apply to this job !
Telegram