Satiş məsləhətçisi

Job details

  • Company JETRUN TRADING GLOBAL MMC
  • Views 166
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 20 - 30
  • Salary 1000 - 2000 AZN
  • Experience1 - 3 years

Set vacancy as premium

Satiş məsləhətçisi

  • Education: Master
  • Deadline for application: 18 Oct 2025
  • Baku, Azerbaijan

About job

JETRUN GLOBAL TRADING MMC olaraq Babək prospektində yerləşən yeni avtosalonumuz üçün motivasiyalı, müştəriyönümlü və satış bacarıqlarına malik avtomobil satış məsləhətçiləri axtarırıq. Bu vəzifədə sizin əsas məqsədiniz müştərilərə yüksək səviyyədə xidmət göstərmək və onların avtomobil seçimi prosesində peşəkar dəstək olmaqdır. Əsas vəzifələr
- Sərgi salonuna gələn və ya onlayn müraciət edən müştəriləri qarşılamaq və onlara xidmət göstərmək
- Müştərinin ehtiyaclarını müəyyən edərək uyğun avtomobil modellərini təklif etmək
- Avtomobillərin xüsusiyyətləri, texniki göstəriciləri, qiymətləri və maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat vermək
Müştərilərlə birlikdə test sürüşləri həyata keçirmək
- Qiymət və satış şərtlərini razılaşdırmaq
- Kredit, sığorta və digər sənədləşmə proseslərində müştərilərə dəstək göstərmək
- Avtomobillərin vaxtında təhvil verilməsini və yüksək müştəri məmnuniyyətini təmin etmək
- Müştəri bazasını idarə etmək və əlaqələri uzunmüddətli əməkdaşlığa çevirmək
- Aylıq və rüblük satış planlarını yerinə yetirmək və ya aşmaq
- Şirkətin marketinq və kampaniya tədbirlərində aktiv iştirak etmək. İş şəraiti
- Məkan: Babək prospekti, Bakı
- İş rejimi: Tam iş günü (həftə içi 6 gün 09:00-dan 18:00-dək)
- Sahə: Avtomobil satışı
- Əmək haqqi: 1000-2000 Azn (%) Təklif etdiyimiz
- Davamlı təlim və karyera inkişafı
- Dəstəkləyici komanda mühiti
- İrəliləmək üçün imkanlar
- Təklif etdiyimiz ÇİN Təlim Turu.

Job Requirements

- Avtomobil satışı və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi arzuolunandır
- Yüksək ünsiyyət və təqdimat bacarığı (İngilis və - Rus dili bilənlərə üstünlük verilir)
- Avtomobil texnologiyası və maliyyələşdirmə imkanları haqqında məlumatlı olmaq
- Satış hədəflərinə fokuslanan və özünü motivasiya edə bilən
- CRM sistemlərində və Microsoft Office proqramlarında işləmək bacarığı
- Peşəkar görünüş və pozitiv yanaşma
- Əgər avtomobil sahəsinə marağınız varsa və satış bacarığınız varsa, komandamıza qoşulmaq ucun işçilər axtarılır
- Vakansiya həm xanımlar, həm də bəylər üçün açıqdır.

Deadline has passed ! It is not possible to apply to this job !
Telegram