Şirkətimiz satış komandamıza qoşulacaq, öyrənməyə həvəsli və aktiv Satışa dəstək əməkdaşı axtarır. Əgər siz dinamik mühitdə işləməyi, komanda ilə birlikdə nəticə əldə etməyi sevirsinizsə, bu iş sizin üçündür! Əsas vəzifələr:
- Satış proseslərində satış menecerlərinə dəstək vermək
- Müştərilərlə ilkin əlaqə qurmaq, məlumatlandırmaq və yönləndirmək
- Müştəri sorğularını cavablandırmaq və lazım olan qeydləri aparmaq
- Satışla bağlı gündəlik hesabatların hazırlanmasına kömək etmək
- Komanda daxilində işlərin düzgün bölüşdürülməsində iştirak etmək. İş qrafiki və şərtlər:
- İş saatı: 09:00 dan – 18:00 dək
- Həftədə: 6 iş günü
- İstirahət: həftədə 1 gün
Maaş: 500 AZN
- İş yeri: Əhməd Rəcəbli 1/25. Biz nə təklif edirik?
- Sabit əmək haqqı
- Rahat və mehriban iş mühiti
- Peşəkar komandadan satış bacarıqlarını öyrənmək imkanı
- Karyera inkişafı üçün perspektiv. - Qeyd: CV- göndərmək vacibdir. Göndərdiyiniz CV-ləri qeyd edilən mail adresinə yönləndirərək, hansı vakansiya olduğunu qeyd etmək vacibdir.
- Ali və ya orta təhsil
- Aktiv, məsuliyyətli və öyrənməyə açıq olmaq
- Komandada işləmə bacarığı
- Yüksək ünsiyyət qurma və müştəri ilə mehriban davranma bacarığı
- Satış sahəsində təcrübə üstünlükdür, amma vacib deyil (öyrədiləcək).