Şirkət haqqında: Biz otel, restoran və kafelərə (HORECA) xidmət edən, geniş çeşiddə yüksək keyfiyyətli tək istifadəlik məhsulların istehsalçısıyıq. Komandamıza qoşulacaq, satış hədəflərinə çatmağa kömək edəcək motivasiyalı və peşəkar namizəd axtarırıq.
Vəzifə öhdəlikləri:
Yeni potensial müştərilərin (otellər, restoranlar, kafelər, catering şirkətləri, qəlyanaltı məntəqələri və s.) axtarışı və onlarla əlaqələrin qurulması.
Şirkətin təklif etdiyi tək istifadəlik qablaşdırma və HORECA məhsullarının peşəkar şəkildə təqdimatı və tanıtımı.
Müştərilərlə görüşlərin təşkili və məhsul nümunələrinin təqdim edilməsi.
Satış prosesinin bütün mərhələlərini (danışıqlar, sifarişlərin qəbulu) idarə etmək və müqavilələrin bağlanmasını təmin etmək.
Mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qorunması və inkişafı.
Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim olunması.
İş şərtləri:
İş rejimi: 6 günlük iş həftəsi (bazar istirahət günü).
İş saatları: 10:00 - 18:00
Əmək haqqı: Rəqabətli əmək haqqı və hər satışa görə əlavə faiz.
Korporativ nömrə ilə təmin olunma.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Ali təhsil mütləqdir
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür
- Soyuq satış sahəsində 1-3 il təcrübə mütləqdir
- HoReCa və ya digər satış sahələrində bilik və bacarıqları olması üstünlükdür
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dili bilikləri arzuolunandır
- Yüksək kommunikasiya və satış bacarıqları
- Dəqiq, məsuliyyətli və öyrənməyə açıq olmaq.