Insan resurslari üzrə mütəxəssis

Job details

  • Company Sport System MMC
  • Views 217
  • Job type Fulltime
  • Work type Office
  • Gender Any
  • Age between 25 - 50
  • Salary 1000 - 1500 AZN
  • Experience1 - 3 years

Set vacancy as premium

Insan resurslari üzrə mütəxəssis

  • Education: Master
  • Deadline for application: 23 Aug 2025
  • Gusar, Azerbaijan

About job

Sport System MMC 2012-ci ildən fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyəti Qusar rayonu, Şahdağ bölgəsində olmaqla turizm və əyləncə sahəsi üzrədir. Hazırda şirkət İnsan Resursları üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır. Əsas vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin tərtib olunması, dəyişikliklərin və xitamların qanunvericiliyə uyğun şəkildə aparılması;
- Əmək münasibətləri ilə bağlı əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması (işə qəbul, məzuniyyət, ezamiyyə, mükafatlandırma, vəzifə dəyişiklikləri və s.);
- Əməkhaqqı kartlarının sifarişi və bank əməliyyatlarının təşkili;
- İş vaxtının uçotu tabellərinin hazırlanması və nəzarəti;
- 1C proqram təminatında gündəlik kadr əməliyyatlarının icrası və məlumatların yenilənməsi;
- Sosial məzuniyyətlərlə (analıq, xəstəlik vərəqəsi və s.) bağlı əməliyyatların aparılması və elektron portallarda qeydiyyat;
- Dövlət orqanlarına aylıq və rüblük statistik hesabatların hazırlanaraq təqdim edilməsi;
- İcbari sığorta müqavilələrinin bağlanması, izlənməsi və zəruri hallarda dəyişikliklərin tətbiqi;
- Kadr sənədlərinin (şəxsi işlər, əmrlər, müqavilələr və s.) tam və düzgün şəkildə arxivləşdirilməsi və uçotunun aparılması;
- Müştərilər və əməkdaşlar tərəfindən daxil olan gündəlik HR sorğularının cavablandırılması və operativ həlli. Təklif edirik:
- Rəqabətə uyğun əməkhaqqı;
- Rəsmi əmək münasibətləri və bütün sosial təminatlar;
- Peşəkar və mehriban kollektiv;
- Yerləşmə və nahar şirkət tərəfindən qarşılanır;
- Rahat və müasir iş mühiti.

Job Requirements

- Ali təhsil (insan resursları, menecment, hüquq və ya digər müvafiq sahə üzrə);
- İnsan resursları sahəsində minimum 1 illik iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə biliklər və təcrübə;
- 1C proqramında və digər HR sistemlərində iş təcrübəsi;
- MS Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və detallara diqqətli olmaq;
- Güclü ünsiyyət bacarığı və komandada işləmək qabiliyyəti;
- Azərbaycan dili – mükəmməl; digər dillər (rus, ingilis) – əlavə üstünlükdür. Maraqlı olan şəxslər qeyd olunan mail ünvanına CV təqdim edə bilərlər.

Deadline has passed ! It is not possible to apply to this job !
Telegram