Startup/Biznes, Proqramlaşdırma karyerası və motivasiya üzrə məsləhətçi

Startup/Biznes, Proqramlaşdırma karyerası və motivasiya üzrə məsləhətçi
  • Rating 0.00
  • Company name Veysəloğlu Şirkətlər Qrupu
  • Views 24
  • Country Azerbaijan
  • Duration of consultation (in minutes) 60 minutes
  • Minimum service price 90.00 AZN

Zaur M. - Startup/Biznes, Proqramlaşdırma karyerası və motivasiya üzrə məsləhətçi

  • Career coaching |
  • CV making |
  • Programming consultation |
  • Business consultation

About

IT və proqram təminatı sahəsində 14 ildən artıq təcrübəyə sahibəm. Proqram təminatının inkişafı, sistem inteqrasiyası, biznes avtomatlaşdırması və texnoloji həllərin tətbiqi sahəsində təcrübəliyəm. Hazırda Veysəloğlu Şirkətlər Qrupunda, Proqram Təminatı Departamentinin rəhbəri kimi çalışır və böyük miqyaslı layihələrin idarə olunmasına rəhbərlik edirəm.

Təkcə texniki biliklər deyil, həm də idarəetmə və strateji planlama da mənim əsas istiqamətlərimdəndir. Karyera inkişafı, startapların qurulması, biznesin texnoloji transformasiyası və layihələrin effektiv idarə edilməsi mövzularında təcrübəyə sahibəm. İT sahəsində karyera qurmaq istəyənlərə praktiki məsləhətlər verir, proqramçılar və menecerlər üçün istiqamət və inkişaf yolları göstərirəm.

Eyni zamanda, biznes məsləhətçiliyi və startap ekosistemi ilə yaxından maraqlanıram. İnnovativ texnologiyalar əsasında yeni layihələrin yaradılması və onların bazara çıxarılması proseslərində sahibkarlara dəstək olur, texnologiya və biznesin kəsişmə nöqtəsində çalışan bir ekspert kimi həm texniki komandalar, həm də biznes rəhbərləri üçün uğurlu strategiyalar hazırlanmasına dəstək oluram.

Bilik və təcrübəmi paylaşmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Məqsədim gənc mütəxəssislərə və startap qurucularına düzgün istiqamət vermək və onların uğurlu karyera qurmasına dəstək olmaqdır.

Expertise field

Proqramlaşdırma üzrə ümumi 14 il təcrübə (əsasən backend və mobil development üzrə), 10 ildən çox isə idarəçilik təcrübəm var. Bu illər ərzində fərqli layihələr yaratmış ya da yaradılmasında iştirak etmişəm. Layhələr (G2B, G2C, B2B, B2C) əsasən dövlət, böyük özəl sektor, startup və ya bizneslər üzrə olub.
Geniş tərkibli komandaları idarə etmişəm.

Education

Bakı Mühəndislik Universiteti (Qafqaz Umiversiteti) - də, Mühəndislik ixtisası üzrə təhsil almışam.
Müxtəlif çoxsaylı (beynəlxalq və yerli) seminar və konfranslarda iştirak etmişəm.

Experience

10 ilə yaxındır ki aidiyyatı sahə üzrə "Veysəloğlu Şirkətlər Qrupu"-da çalışıram.
5 ilə yaxın "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" - də "Mobil Həllərin Tətbiqi" və "Testləşdirmə" şöbələrinə rəhbərlik etmişəm.
Paralel olaraq bir müddət 3 istiqamət üzrə (Proqramlaşdırma, Rəqəmsal Marketinq və Dizayn, Proqram Təminatlarının testi) öz şirkətlərimi qurub və idarə etmişəm.

Services
  • IT yönümlü Startup/Biznes qurulması və ideanın formalaşdırılması üzrə konsultasiya - 200.00 AZN
  • Karyera planlama üzrə konultasiya - 90.00 AZN
New consultation
Telegram