Cavid Kərimov - proqramlaşdırma sahəsində 7 ildən çox təcrübəm var. 100ə yaxın fərqli intervyularda olduğum, son 4 ildən çox müddətdə xarici şirkətlərdə işlədiyim üçün sizlərə bu sahə üzrə konsultasiya verə bilərəm.
Proqramlaşdırma üzrə 7 ildən çox təcrübəm var. Onun 3 ili yerli şirkətlərdə, 4 ildən çox müddəti isə xarici şirkətlərdə olub. Bu illər ərzində fərqli layihələr yaratmış ya da yaradılmasında iştirak etmişəm.
100ə yaxın intervyularda iştirak etmişəm. Kifayət qədər intervyulara hazırlaşdığım üçün hansı suallar, hansı tipdə texniki tapşırıqlar verildiyini bilirəm. Php üzrə 7 ildən ço təcrübəm var və son işlədiyim xarici şirkətlərdə Baş proqramçı vəzifəsində olmuşam. Php proqramçının yol xəritəsinin hazırlanmasında tərcrübəliyəm
Bakı Dövlət Universitetində Turizm və Otelçilik üzrə təhsil almışam.
İdarəetmə üzrə fərqli təlimlərdə iştirak etmişəm
Proqramlaşdırma üzrə kifayət qədər kurslar keçmişəm
2016-2017-ci illər - Rmedia şirkətində Veb proqramçı
2018-2019-cu illərdə frilans veb proqramçı
2019-2022-ci illərdə Latviyanın Enlabs şirkətində Backend Developer
2022-2023-cü illərdə Maltanın Videoslots şirkətində Strong Middle Developer
2023-cü ildə Gamicorp şirkətində Senior Backend Developer
Vakansiya.biz və Jintravel layihələrinin təsisçisiyəm.