Follow vacancies on our LinkedIn page

Follow

Brend Menecer

Education: -BakuOtherDeadline: 8 October 2026

About the job

Əsas vəzifə öhdəlikləri: Brendin mövcud və potensial bazarının təhlil etməsi, istehlakçı seqmentlərinin, satış və marketinq strategiyasının müəyyənləşdirilməsi; Brendin inkişaf strategiyasının işlənilməsi və illk inkişaf planının hazırlanması; Brendin çeşidləri üzrə satışların həcminin proqnozlaşdırılması və planlaşdırılması; Satış komandası ilə birgə brendin satış sxemlərinin işlənib hazırlanması; Brendin bazarda hərəkətinin (satış həcminin, tendensiyasının və dinamikasının) müşahidə edilərək izlənilməsi, istehlakçıların brendə olan münasibətinin müəyyən edilərək təhlil edilməsi; Brendi inkişaf etdirməklə bağlı marketinq və reklam kampaniyalarının, sərgi, təqdimat, promo, PR və digər aksiyaların hazırlanması və həyata keçirilməsi; Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməsi, rəqiblərin oxşar məhsullarına nisbətdə məhsulun mövqeyinin müəyyən etməsi; Brend üzrə qiymət siyasətinin mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi; Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehliyin daşınması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar: MS Office proqramlarından sərbəst istifadə bacarığı; Bazarın konyukturasını bilməli; Satışın qaydaları, əsasları və strukturunu bilməli; Marketinq təhlillərinin, proqnozlaşdırma, planlaşdırma prinsiplərini və metodları bilməli; Marketinq kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodları üzrə biliklərə malik olması.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali (Marketinq, İqtisadiyyat üzrə); İş təcrübəsi: Min. 2il ( Qida sahəsi üzrə Brend menecer)/

İş şərtlərimiz: İş qrafiki : Tam iş günü (5 gün); İş saatı : 09:00-18:00 İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.

Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; İşçilərə qayğı proqramı; Peşəkar komanda mühiti; Təlim və inkişaf imkanları; Nahar; Könüllü tibbi sığorta; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Brend Menecer ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply

Apply