Daxili Auditor
About the job
Əsas vəzifə öhdəlikləri: Audit planı və proqramı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi; Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi); Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması; Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanılması; Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi; Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərilməsi; Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə aid rəy verilməsi; Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi; Şirkətdə risk idarəedilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi; Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında Departamentin adından iştirak edilməsi və risklərinin qiymətləndirilməsinin aparılması; Departament büdcəsinin hazırlanmasında iştirak edilməsi; Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması; Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Tələb olunan bilik və bacarıqlar: Daxili audit qaydalarını bilməli; Risklərin idarəedilməsi (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə və BMHS (maliyyə konsolidasiyası) üzrə biliklər; İqtisadi sahədə qanunvericiliyi bilməli; Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı; Logo Tiger ERP üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə); İş təcrübəsi: ən azı 2 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə); Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri; Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi olmalı; Vergi Məcəlləsini bilməli və praktiki tətbiq edilməsində təcrübəsi olmalı; Analitik və ünsiyyət qurma bacarığı; Kompüter bilikləri: MS Office.
İş şərtlərimiz: İş qrafiki : 5 günlük; İş yeri : Bakı şəh., Nərimanov ray., Aşıq Molla Cümək küç., 46C;
Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; İşçilərə qayğı proqramı; Peşəkar komanda mühiti; Könüllü tibbi sığorta; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Daxili Auditor ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.