İstehsal üzrə Mühasib
About the job
Əsas vəzifə öhdəlikləri: İstehsal əməliyyatlarının maliyyətinin hesablanması; İstehsal xərclərinin bölüşdürülməsi; İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi; Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi; Məhsul resepturalarının sistemə daxil edilməsi; Anbar qalıqlarının uçotunun aparılması; İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi; Gündəlik və aylıq hesabatların hazırlanması; Daxili hesabatların hazırlanması və təqdim olunması; Debitor və kreditorların uçotunun aparılması.
Tələb olunan bilik və bacarıqlar: Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti; Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi; ERP proqramları üzrə biliklər; Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3); İş təcrübəsi: Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta); Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).
İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; İşçilərə qayğı proqramı; Peşəkar komanda mühiti; Nahar; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.