Mühəndis mexanik
About the job
• Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək; • İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək; • Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin etmək; • Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında açılmasını təşkil etmək; • Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək; • Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara təhlükəsiz şəkildə təhvil vermək; • Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək; • Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq; • Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq; • İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək. İş qrafiki: ● 5 günlük iş qrafiki ● İş saatı: 09:00-18:00 Üstünlüklərimiz: ● Nahar ● Servis ● Könüllü tibbi sığorta ● Korporativ nömrə və danışıq limiti
Requirements
• Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə); • İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi; • Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər; • Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə; • Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı; • Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər; • Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları; • Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı.