Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis

Образование: -ДругойСрок подачи: 28 октября 2026

О вакансии

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis Bakı / Gəncə / Qəbələ / Sumqayıt İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: Ali təhsil; Bank sektorunda müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı; Məsuliyyətlilik və dəqiqlik.

İŞİN TƏSVİRİ: Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi; Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi; Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi; Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi; Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması; Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis " qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Откликнуться

Откликнуться