- İş qrafiki: Növbəli
- Birinci Növbə: 09:00-dan 17:00-dək
- İkinci Növbə: 11:00-dan 18:00-dək
- Üçüncü Növbə: 15:00-dan -11:00-dək ( gecə növbəsi)
- Dördüncü Növbə: 18:00-dan -02:00-dək (gecə növbəsi) İş şəraiti:
- İş yeri: Evdən (gecə növbəsi) və işdən (gündüz növbəsi). Gündüz növbələrində nahar şirkət tərəfindən təmin olunur .
- Maaş: 700 AZN-dən başlayır
- İstirahət günü: Həftədə 1 dəfə (həftəiçi və ya həftəsonu) Sənin əsas vəzifələrin nələr olacaq?
- Müştərilərdən gələn sorğulara chat, email və telefon vasitəsilə sürətli və dəqiq cavab vermək.
- Müştəri problemlərini analiz etmək və həll yolları tapmaq.
- Şikayətləri düzgün idarə edərək lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək.
- Müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək.
- Məhsul və xidmətlərimiz haqqında dəqiq məlumat vermək.
- Proqramdakı yeniliklərlə bağlı məqalələr tərtib etmək. İşə qəbul prosesi: Online test:
- Namizədlər ilkin mərhələdə online testdə iştirak etməlidirlər.
- Test bizim şirkətin tələblərinə uyğun olaraq hazırlanmışdır və namizədlərin bacarıqlarını, biliklərini qiymətləndirmək məqsədi daşıyır. - 1.Test linki :
- 2.Test linki :
- Qeyd: Yuxarıdan yerləşdirilən hər iki testdən keçmək vacibdir ,çünki hər iki link sizə fərqli aspeklər üzrə ətraflı qiymətləndirmə imkanı yaradacaq. - Test Nəticələri: Testi uğurla tamamlayan namizədlərlə əlaqə saxlanılacaq və növbəti mərhələyə dəvət olunacaqlar
- Müsahibə: Testdən keçən namizədlərlə ətraflı müsahibə keçiriləcək. Bu mərhələdə namizədlərin peşəkar bacarıqları, təcrübəsi və şirkət mədəniyyətinə uyğunluğu qiymətləndiriləcək.
- Final Qərar: Müsahibə prosesindən sonra uyğun görülən namizədlər işə qəbul ediləcək. Müraciət üçün -
- Dil biliklərinin yüksək səviyyədə olması – azərbaycan dilində səlis yazı və danışıq bacarığı, ingilis və ya rus dili biliyi üstünlüyü.
- Sürətli və düzgün yazı bacarığı.
- Ünsiyyətcil və problemləri həll etməyə yönəliklik – müştərilərlə nəzakətli, aydın ünsiyyət qurulması və çətinlikləri tez anlayıb həll yolu tapa bilməsi.
- Analitik düşüncəyə malik olmaq – problemləri analiz edib, düzgün həll yolları təklif edə bilməsi.
- Yeni sistemləri və proqramları qısa zamanda mənimsəyə bilmək. Tələb olunan bilik və bacarıqlar:
- Kompüter bilikləri: Microsoft Office, Word, Windows əməliyyat sistemi.
- İş qrafikinə uyğunluq: Növbəli iş rejimində işləyə bilmək (gecə növbəsi olacaq).
- Tələbə qəbulu yoxdur: Namizədin universitet və ya magistratura təhsilini tamamlamış olması vacibdir. Üstünlük verilən namizədlər:
- Müştəri xidmətləri və support sahəsində təcrübəsi olanlar.
- Stresə davamlı və komanda ilə işləmək bacarığı olanlar.
- Namizədlər arasında bəylərə üstünlük verilir.