- Dövlət və qeyri-dövlət qurumları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tender və kotirovkaların izlənilməsi.
- Tender və kotirovkanın Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması.
- Tender üzrə tələb olunan sənədlərin toplanması (bank, dövlət qurumları, notarius və s.), son müraciət tarixlərin qeydi və düzgün şəkildə təqdim edilməsi - (Satınalma Portalına yerləşdirilməsi)
- Tender üzrə şirkət işçiləriilə əlaqələndirmənin aparılması
- Tender şərtləri ilə bağlı satınalan təşkilatlara sorğuların göndərilməsi və yazışmaların aparılması
- Tender təklifinin hazırlanması zamanı, təklif təqdim edildikdən sonra və qiymətləndirmə müddətində satınalan təşkilatla yazışmaların aparılması, daxil olan sorğuların vaxtında cavablandırılması.
- Tender prosesləri ilə bağlı lazımi hesabatların hazırlanması və s.
- Həftə içi 5 iş günü.
- Dövlət və qeyri-dövlət satınalmalarına müraciət üzrə iş təcrübəsi olmalı.
- Azərbaycan dilində səlist danışma və yazışma bacarığına malik olmalı.
- Dövlət Satınalmaları üzrə Elektron Portal barədə məlumatlı olmalı.
- Ofis proqramlarında (Exell, Word, Power Point, Outlook) sərbəst işləmə bacarığı olmal.
- Konfidensial və kommersiya sirri məlumatları qorumalı.
- İşgüzar etika və davranış qaydalarına əməl etməli.
- Xarixi dil biliklərinə (rus, ingilis) malik olanlara üstünlük veriləcəkdir.