Loyalliq proqramlarinda data təhlili üzrə mütəxəssis

Детали вакансии

  • Компания Business İnsight
  • Просмотры 383
  • Тип работы Неполная занятость
  • Тип занятости В офисе
  • Пол Любой
  • Возраст 22 - 35
  • Заработная плата Заработная плата не указана
  • Опыт работы1-3 года

Установить вакансию как премиум

Loyalliq proqramlarinda data təhlili üzrə mütəxəssis

  • Образование: Магистр
  • Крайний срок подачи заявок: 13 окт 2024
  • Баку, Азербайджан

Описание вакансии

İş öhdəlikləri:
- Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
- Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
- Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
- Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
- Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
- Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
- Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi. İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- İş vaxtı həftədə 6 iş günü
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Требования к вакансии

“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyallıq Proqramlarında Data Təhlili üzrə Mütəxəssis” vəzifəsi üzrə aktiv vakansiya var. - Bəy və ya Xanım namizədlər
- Ali təhsil (iqtisadiyyat, tətbiqi riyaziyyat, statistika və ya digər müvafiq ixtisas üzrə)
- Yaş həddi: 22-35
- Rus və ingilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır
- Müvafiq sahədə ən azı 2 illik təcrübə
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Excel bilikləri yüksək səviyyədə olmalıdır;
- Phyton və SQL bilikləri də üstünlükdür. Maraqlı olan namizədlər öz CV-lərini ünvanına “Loyallıq Proqramlarında Data Təhlili üzrə Mütəxəssis” başlığı altında göndərə bilərlər.

Срок подачи заявок истек, вы не можете подать заявку на это объявление!
Telegram