Vəzifə öhdəlikləri:
- Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim etmək
- Satış komandası üçün tələb olunan səriştəlikləri müəyyən etmək, qiymətləndirmək, inkişaf planını hazırlamaq
- Satış əməkdaşlarına yeni məhsullar üzrə təlim və tanıtımları həyata keçirmək
- Satış komandasını motivasiya etmək, müştəri məmnuniyyətini üst səviyyədə tutmaq
- Gündəlik satış əməliyyatlarının içərisində aktiv olaraq rol almaq, prosesləri monitorinq etmək,qiymətləndirmək,ehtiyacları müəyyən edərək onları təkmilləşdirəcək təkliflər vermək
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 800-1500 AZN
- İş yeri: Nizami 92
- Azərbaycan dili- əla
- Rus və ingilis dili arzuolunandır
- MS ofis proqramları (Word,Excel)
- Minimum 3 il iş təcrübəsi
- Təşkilatçılıq, idarəçilik bacarığı
- Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı
- Güclü təqdimat, təlim bacarıqları
- Güclü satış bacarığı Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçtuna mövzu hissəsində “Mağaza menecer” qeyd etməklə göndərmələri xahiş olunur