Vəzifə üzrə öhdəliklər:
- Tabeçiliyində olan avtomobilin təmizliyinə nəzarət etmək
- Gündəlik avtomobilin texniki baxışdan keçirilməsini təmin etmək
- İdarə etdiyi avtomobilin sazlığı və nasazlığı barədə birbaşa rəhbərə məlumat vermək
- Şirkət tərəfindən qoyulmuş və yol hərəkəti haqqında qanunla tənzimlənən sürət rejiminə riayət etmək
- Gündəlik ərazidə görülən işləri və sabahki iş planını birbaşa rəhbər ilə müzakirə etmək
- Xarici görkəm standartlarına riayət etmək
- Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək
- Müştərilərə şirkətin məhsullarını təqdim etmək və onlar barədə ətraflı məlumat vermək
- Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq
- Gündəlik iş qrafikinə əməl etmək
- Satış ərazisində birbaşa rəhbərin qoyduğu təlimata uyğun hərəkət etmək
- Qoyulmuş satış planını maksimal dərəcədə , maksimal səy ilə yerinə yetirmək
- Avto nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qaydalarına riayət etmək
- Avto nəqliyyat vasitəsinə aid olan sənədlərin qaydasında olmasına daim nəzarət etmək
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 6 günlük, istirahət günü: bazar
- İş yeri: Bakı şəhəri (Masazır)
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
- Orta, orta-ixtisas təhsili
- Qida sənayesi sektorunda 3 il iş təcrübəsi (Pərakəndə satış sahəsi)
- Yol hərəkəti qaydalarını bilməli, cəld və məsuliyyətli, komandada işləmək bacarığı
- Azərbaycan dili əla, rus dili arzuolunandır Vakansiyaya müraciət üçün CV-ləri “Sürücü-ekspeditor” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur