Hündürlükdə qaynaqçi

Детали вакансии

  • Компания Qartal Tikinti Firması
  • Просмотры 253
  • Тип работы Неполная занятость
  • Тип занятости В офисе
  • Пол Любой
  • Возраст 21 - 45
  • Заработная плата 800 - 1200 AZN
  • Опыт работы3-5 лет

Профессии

Установить вакансию как премиум

Hündürlükdə qaynaqçi

  • Образование: -
  • Крайний срок подачи заявок: 09 июн 2024
  • Сумгайыт, Азербайджан

Описание вакансии

- Əmək haqqı: 800-1200 AZN (vergilər çıxıldıqdan sonra)
- Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək
- Qartal Tikinti firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır İş şəraiti:
- İş saatı 08:00-dan -18:00-dək
- İstirahət günü - Bazar günləri
- Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir
- İş yerinə və geriyə daşınma Qartal Tikinti firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat şirkəti, Qartal Tikinti firmasının metal konstruksiya sexi

Требования к вакансии

- Müasir qaynaq aparatıları işləməyi bacarmalıdır
- O cümlədən: Qaynaq aparatı Model: Kemppy MLS 3500 Finlandiya istehsalı; Arqon qaynaq aparatı
- Model: Miller STH 270 ABŞ istehsalı - Yarımavtomat qaynaq aparatı Model: GekaMac 500 Türkiyə istehsalı
- Hündürlükdə metal konstruksiyaların qaynağı işlərində ən azı 3 il iş təcrübəsi olmalı
- Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir
- Hündürlükdə işləmək üçün qaynaqçı sertifikatına malik olmalıdır
- Əgər sertifikatı yoxdursa, Qartal Tikinti firmasının təlim-tədris mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və fərdi mühafizə vasitələrindən istifadə etməyi bacarmalı
- İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir
- Qaynaq edərkən qaynaq prosedurunun tələblərinə uyğun işini qurmalı, metalın tipinə uyğun elektrodu düzgün seçə bilməlidir
- Qaynaq tikişlərini qaynaq prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli
- Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli
- Kəsici alətlər: rezak, laqonda işlədə bilməli
- Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmalıdır
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
- Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir CV-nizi email ünvanına göndərin

Срок подачи заявок истек, вы не можете подать заявку на это объявление!
Telegram