Peşəkar Mühit: Beynəlxalq standartlara uyğun iş prosesi və idarəetmə komandası.
Karyera İnkişafı: Genişmiqyaslı tikinti layihələrində strateji qərarvermə prosesində iştirak.
Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq, bazar ortalamasından yüksək və performans əsaslı bonuslar.
Təcrübə: Tikinti sektorunda layihə idarəedilməsi və beynəlxalq tenderlərdə iştirak üzrə minimum 5 il iş təcrübəsi.
Dil Bilikləri: * İngilis dili (Mükəmməl), Rus dili : Beynəlxalq müqavilələri anlama, texniki yazışmalar aparma və iclaslarda sərbəst müzakirə bacarığı.
Texniki Biliklər: * Ümumi inşaat (mülki və ya sənaye) prosesləri haqqında fundamental biliklər.
Smeta və layihə-smeta sənədləri ilə işləmək bacarığı.
Proqram Təminatı: MS Office (xüsusilə Excel – mükəmməl), MS Project və ya Primavera P6.
Şəxsi Keyfiyyətlər: * Yüksək dərəcədə intizamlılıq (deadlines) və eyni anda bir neçə tapşırığı (multitasking) idarə etmə bacarığı.
Güclü danışıqlar aparma (negotiation) və tərəfdaşları inandırma qabiliyyəti.
Tender Monitorinqi və Analizi: Yerli və beynəlxalq platformalarda (World Bank, ADB, EBRD, dövlət satınalmaları və s.) şirkətin profilinə uyğun tenderlərin mütəmadi axtarışı və texniki-iqtisadi qiymətləndirilməsi.
Sənədləşmə və Təklif Paketinin Hazırlanması: Tender şərtlərində tələb olunan bütün hüquqi, texniki və maliyyə sənədlərinin (RFP, RFQ, ITB) ingilis və Azərbaycan dillərində yüksək keyfiyyətlə hazırlanması.
Sifarişçi ilə Əlaqələr: Tenderöncesi və layihə icrası zamanı Sifarişçi (Client) ilə keçirilən "site visit" (ərazi baxışı) və aydınlaşdırma iclaslarında şirkəti peşəkar səviyyədə təmsil etmək.
Müqavilə Menecmenti: İmzalanmış müqavilələrin şərtlərinə (Xüsusilə FIDIC və digər beynəlxalq standartlar) nəzarət, dəyişiklik sifarişlərinin (Variation Orders) idarə olunması.
Təchizat Zənciri və Subpodratçılar: Potensial subpodratçıların araşdırılması, onlarla ilkin danışıqların aparılması, qiymət təkliflərinin alınması və müqavilə şərtlərinin razılaşdırılması.
Maliyyə və Büdcə Nəzarəti: Layihənin pul axınına (cash flow) nəzarət, xərclərin büdcə daxilində qalmasını təmin etmək və maliyyə risklərini idarə etmək.
Контактный номер: (050) 235-53-08