Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Hüquq şöbəsinin Baş hüquqşünası/Şöbə müdiri vakansiyası elan edir
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Ünvan:Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az elektron ünvanına Subject/Mövzu hissəsində " Baş hüquqşünas/şöbə müdiri " qeyd etməklə göndərmələri xahiş olunur.
Ali hüquqi təhsilinin olması:
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, təşkilatda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
MS Office proqramlarından istifadə etmə bacarığı;
Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 3 (üç) il iş təcrübənin olması arzuolunandır;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
Təşkilatın Korporativ hüquq məsələlərinin tənzimlənməsi;
Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
Təşkilatın fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Təşkilatın aidiyyəti əməkdaşlarının məlumatlandırılması;
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında BOKT-u təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması
Təşkilatın fəaliyyətində qanunvericiliyə riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
Təşkilatın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
Təşkilatın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrin qanunvericiliyin tələblərinə uyğun olması üzrə iş
Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan müqavilələri hazırlayır, onların reyestrini aparır və zəruri olanların mütəmadi yenilənməsini təmin edir;
Təşkilatın tərəf olduğu bütün müqavilələri hüquqi ekspertiza edir və viza prosedurunu həyata keçirir;
Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsaslarını yoxlayır və onların düzgün tərtibini təmin edir;
Təşkilatın hüquqi risklərini qiymətləndirir və risklərin minimallaşdırılması üzrə tədbirlər görür;
Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
Elektron məhkəmə sistemi üzrə təşkilatın elektron kabinetini mütəmadi diqqətdə saxlamaq;
Rəhbərinin qanuni göstərişlərini icra etmək, fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabat vermək.
Контактный номер: