Vakansiya: Trade Marketinq Meneceri
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Vəzifənin məqsədi
Aptek kanalında brendin görünürlüğünü, satış sürətini və kateqoriya inkişafını artırmaq üçün ticarət marketinq strategiyalarının hazırlanması və icrasını idarə etmək.
Trade Marketinq Meneceri məhsul strategiyasını aptek satış sisteminə çevirərək satış komandası üçün effektiv satış alətləri və aptek proqramları yaradır.
Üstünlük hesab ediləcək:
Aptek və ya pharma sektorunda iş təcrübəsi
OTC satış sistemi haqqında bilik
POS materialları və kampaniya idarəetməsi təcrübəsi
Satış komandası ilə əməkdaşlıq təcrübəsi
Vəzifənin strukturda yeri:
Trade Marketinq Meneceri Marketinq Direktoruna tabedir və aşağıdakı komandalar ilə sıx işləyir:
Field Force Manager
OTC satış komandası
Product Manager
Dizayn komandası
Rəqəmsal marketinq komandası
KPI göstəriciləri:
Aptek satış artımı
Aptek görünürlük səviyyəsi
Kampaniyaların satış nəticələrinə təsiri
POS materialların tətbiq səviyyəsi
Aptek kateqoriyası üzrə satış inkişafı
Bu vəzifənin əsas rolu:
Trade Marketinq Meneceri satış etmir.
Bu vəzifənin əsas məqsədi:
Marketinq strategiyasını
↓
Aptek satış mexanizminə çevirmək
↓
Satış komandası həmin sistemi icra edir.
Əmək haqqı- 800-1200 AZN ( təcrübəyə əsasən)
İş vaxtı I-V günlər, 09.00 dan-18.00 dək
CV -nizi qeyd olunan ünvana göndərə bilərsiniz: hr@orzax.az
Təhsil: Tibb təhsili əsas olaraq əçzaçılıq
İş təcrübəsi: FMCG, pharma və ya qida əlavələri sektorunda minimum 2–4 il iş təcrübəsi
Trade marketinq, satış və ya marketinq sahəsində iş təcrübəsi
Yaş: 25-35
Bacarıqlar:
Analitik düşünmə və strateji planlama
Layihə idarəetmə bacarığı
Komanda ilə effektiv kommunikasiya
Satış kanallarını və bazar dinamikasını anlama
Excel və analitik alətlərlə işləmə bacarığı.
Aptek kanalı strategiyasının hazırlanması:
Aptek kanalı üçün ticarət marketinq strategiyasının hazırlanması
Aptek satış mexanizmlərinin qurulmasında iştirak
OTC komandasına satışa yönəlik medikal təlimlərin keçirilməsi
Aptek daxilində əczaçı təlimləri
Kateqoriya inkişafı və satış artımı üçün planların hazırlanması
Mövsümi satış kampaniyalarının planlanması
Aptek görünürlük strategiyası:
Aptek daxilində brend görünürlüğünü artıran POS materialların hazırlanması və planlanması
Rəf yerləşmə strategiyasının hazırlanması
Aptek display və stend layihələrinin hazırlanması
Aptek daxilində brend kommunikasiya alətlərinin hazırlanması
Aptek kampaniyalarının hazırlanması:
Aptek satışını stimullaşdıran kampaniyaların hazırlanması
Əczaçı yönümlü motivasiya proqramlarının hazırlanması
Mövsümi promo və satış aksiyalarının hazırlanması
Kampaniyaların satış nəticələrinin analiz edilməsi
Satış komandası ilə koordinasiya:
Field Force Manager və OTC satış komandası ilə sıx əməkdaşlıq
Satış komandası üçün satış alətlərinin hazırlanması
Sahədən gələn məlumatların analiz edilməsi
Aptek satışlarını artıran yeni satış mexanizmlərinin hazırlanması
Bazar və rəqib analizi:
Aptek bazarının və kateqoriya inkişafının analizi
Rəqib brendlərin aptek fəaliyyətlərinin izlənməsi
Aptek satış məlumatlarının analizi
Bazar imkanlarının müəyyən olunması.
Контактный номер: (051) 277-22-60