Network system administratoru

Детали вакансии

  • Компания NEOTELECOM SERVICES MMC
  • Просмотры 20
  • Тип работы Неполная занятость
  • Тип занятости В офисе
  • Пол Любой
  • Возраст 24 - 0
  • E-mail контактного лица aydan.sh@neotelecom.az
  • Заработная плата 1300 - 1500 AZN
  • Опыт работы1-3 года

Установить вакансию как премиум

Network system administratoru

  • Образование: -
  • Крайний срок подачи заявок: 06 мая 2026
  • Баку, Азербайджан

Описание вакансии

* Firewall, kommutatorlar (switches), marşrutlaşdırıcılar (routers), AP-lər və kontrollerlər daxil olmaqla, şəbəkə infrastrukturunu (2–3-cü səviyyə) idarə etmək və optimallaşdırmaq;* Yeni ofis/məlumat mərkəzi şəbəkələrinin və ya kritik arxitektura dəyişikliklərinin uçdan-uca planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;* ACL-lər, VLAN-lar, subnetting və firewall üzrə ən yaxşı təcrübələrlə bağlı qabaqcıl konfiqurasiya və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;* Telekommunikasiya provayderləri, DNS, DHCP, korporativ Wi-Fi sistemləri, service desk müraciətləri, strukturlaşdırılmış kabelçilik və fiber optika ilə bağlı idarəetmə və yüksək səviyyəli dəstək göstərmək;* Avtomatlaşdırma, şəbəkənin yenilənməsi (network refresh) və s. kimi böyük şəbəkə ilə bağlı layihələri müstəqil şəkildə başlanğıcdan sona qədər idarə etmək və aidiyyəti komandaları mentorluq etmək;* Şəbəkə konfiqurasiyalarını standartlara uyğun şəkildə sənədləşdirmək (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN-lar, VPN-lər, switch konfiqurasiyaları, marşrut cədvəlləri və s.);* Şəbəkə parametrlərində icazəsiz dəyişiklikləri monitorinq etmək və aşkar etmək;* On-premise şəbəkələr üçün yeni avadanlıqların yerləşdirilməsi və konfiqurasiyasına rəhbərlik etmək;* IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar, AP-lər və s. üçün kütləvi firmware yeniləmələrini planlaşdırmaq və icra etmək;* Konfiqurasiya və image ehtiyat nüsxələrinin müntəzəm saxlanılmasını təmin etmək;* Bir neçə ofis, bulud və on-premise inteqrasiyalı mühitlər üçün SD-WAN, VPN və WAN texnologiyalarının istifadəsi və konfiqurasiyası üzrə qabaqcıl təcrübəyə malik olmaq.

* Sertifikatlar: Cisco Certified Network Associate (CCNA), CompTIA Network+, Fortinet NSE sertifikatlarına malik olması arzuolunandır;* VMware və ya Hyper-V kimi virtualizasiya texnologiyaları ilə tanışlıq əlavə üstünlükdür;* Xüsusilə Cisco və Fortinet qurğularına fokuslanmaqla, hardware, software və şəbəkə problemlərini kök səbəb analizi (root cause analysis) əsasında effektiv şəkildə diaqnostika və aradan qaldırma bacarığı;* İstifadəçilər və komanda üzvləri ilə ünsiyyətdə güclü şifahi və yazılı kommunikasiya bacarıqları;* PRTG, Zabbix, kimi monitorinq alətləri ilə bilik və idarəetmə təcrübəsi.

 

Tələb olunan biliklər və bacarıqlar:* TCP/IP, DNS, DHCP, VLAN, Routing, Switching və VPN texnologiyaları üzrə biliklər* Cisco, HPE Aruba, FortiGate və TP-Link şəbəkə avadanlıqları ilə iş təcrübəsi* Analitik düşüncə və problem həll etmə bacarığı* Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı* Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili bilikləri arzuolunandır* Sahə üzrə ən azı 1-3 il iş təcrübəsi 

Texniki biliklər:  * NGFW-lar üzrə biliklər və iş təcrübəsi (PaloAlto);* (Local Traffic Manager) üzrə biliklər və iş təcrübəsi (F5 BIG-IP LTM);* Cisco SD-WAN texnologiyası üzrə biliklər və iş təcrübəsi (arzu olunan);* Cisco IOS, NX-OS, IOS-XE üzrə biliklər və iş təcrübəsi;* Wireless şəbəkə üzrə biliklər;* Unify controller və access pointlər ilə iş təcrübəsi;* VoIP üzrə biliklər* Zabbix, PRTG monitorinq sistemləri ilə iş təcrübəsi;* TCP/IP;* Routing və Switching protokolları;* İngilis dili (texniki səviyyədə).

Требования к вакансии

* Lokal şəbəkənin (LAN) idarə olunması, optimallaşdırılması və genişləndirilməsi* Cisco, HP/HPE, FortiSwitch və TP-Link şəbəkə avadanlıqlarının idarə olunması* VLAN-ların yaradılması, port təhlükəsizliyinin təmin edilməsi, Trunk və Access konfiqurasiyalarının aparılması* Şəbəkə topologiyasının hazırlanması, sənədləşdirilməsi və yenilənməsi* Service Desk, SOC və digər komandalarla əməkdaşlıq edərək daxil olan müraciətlərin icrası və problemlərin operativ həlli* Şəbəkə infrastrukturunun gündəlik və profilaktik dəstəklənməsi* Şəbəkə monitorinqinin aparılması (Zabbix / PRTG)* Firewall üzərində təhlükəsizlik siyasətlərinin, NAT, Routing və Virtual IP konfiqurasiyalarının icrası* VPN (Site-to-Site, Remote Access) bağlantılarının qurulması və idarə olunması.

Контактный номер:

Откликнуться на вакансию
Форма заявки загружается
Telegram