- Mövcud qanunvericiliyə uyğun olaraq mühasibat uçotunun aparılma qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Elektron Qaimə Faktura, Hesab Fakturaların tərtib edilməsi və göndərilməsi
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması və (aylıq, rüblük və illik) təqdim edilməsi
- Bank hesabları üzrə ödənişlərin (daxili və xarici) həyata keçirilməsi
- Anbarın izlənilməsi, yoxlanılması və nəzarətin həyata keçirilməsi
- Şəxsi hesab vərəqənin daima yoxlanılması
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əməkhaqqı ilə bağlı sənədlərin hazırlanması, hesablanması və müvafiq ödənişlərin həyata keçirilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi
- İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi İş rejimi :
- 5 günlük iş qrafiki (09:00-dan - 18:00-dək)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri: Bakı şəh., Səbail ray., Zərifə Əliyeva 55
- Əmək haqqı: 1200-1500 AZN (net)
- Şirkətin fəaliyyət sahəsi
- Mühasibatlıq yönümlü konsaltinq
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Dil bilikləri: rus dili arzuolunandır
- Yaş həddi: 25-35 aralığı
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə və mühasibat uçotu)
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli
- Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları
- Peşəkar səviyyədə Microsoft Office proqramlarını(xüsusilə Excel) bilməli Tələblərə uyğun gələn namizədlər Cv-lərini “aparıcı mühasib” qeyd edərək mail ünvanına göndərə bilərlər