Poly Cleaner MMC istehsalat və təkrar emal sahəsində fəaliyyət göstərən şirkətdir. Hazırda şirkətin maliyyə-mühasibat uçotunun peşəkar səviyyədə idarə olunması, vergi və hesabatlılıq proseslərinin düzgün qurulması, daxili nəzarət və maliyyə intizamının gücləndirilməsi üçün təcrübəli Baş Mühasib axtarırıq.
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil
Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
Vergi Məcəlləsi, Əmək Məcəlləsi, mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə güclü biliklər
İstehsalat, anbar, maya dəyəri və material uçotu sahəsində praktiki təcrübə
E-gov, e-taxes, internet banking, e-qaimə, ƏDV depozit hesabı və elektron hesabat sistemləri ilə sərbəst işləmək bacarığı
1C, Excel və digər mühasibat proqramlarını yüksək səviyyədə bilmək
Analitik düşüncə, dəqiqlik, məsuliyyət və məxfilik prinsiplərinə riayət
Komanda idarəçiliyi və rəhbərliyə hesabat təqdim etmə bacarığı
Audit və vergi yoxlaması təcrübəsi üstünlükdür
İstehsalat və ya sənaye sektorunda iş təcrübəsi üstünlükdür
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə təqdim etmələri xahiş olunur.
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək
- Vergi, DSMF, statistika və digər məcburi hesabatların vaxtında və düzgün hazırlanıb təqdim edilməsini təşkil etmək
- Bank, kassa, ödəniş tapşırıqları, hesab-fakturalar, e-qaimə, müqavilə və maliyyə sənədlərinin uçotuna nəzarət etmək
- Debitor və kreditor borcların uçotunu aparmaq və nəzarətdə saxlamaq
- Əmək haqqı hesablamaları, məzuniyyət, ezamiyyət, son haqq-hesab və digər ödəniş proseslərini düzgün təşkil etmək
- Anbar, əsas vəsait, material, istehsalat xərcləri və məhsul maya dəyəri uçotuna nəzarət etmək
- Maliyyə intizamı, sənəd dövriyyəsi və daxili nəzarət mexanizmlərini qurmaq və təkmilləşdirmək
- Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə məlumatları, idarəetmə hesabatları və analizlər hazırlamaq
- Audit, vergi yoxlamaları və dövlət orqanları ilə bağlı proseslərdə şirkəti peşəkar şəkildə təmsil etmək
- ERP / 1C / mühasibat proqramlarında əməliyyatların düzgün əks olunmasına nəzarət etmək
Контактный номер: (055) 858-26-95