“Comfort Holiday Travel” komandamıza Outgoing Manager axtarırıq!
Xarici turların satışı üzrə Outgoing Manager vakansiyası üçün müraciətlər açıqdır.
Şirkət haqqında
Comfort Holiday Travel — turizm sahəsində etibarlı, yenilikçi və müştəri yönümlü fəaliyyət göstərən şirkətdir. Məqsədimiz səyahəti hər kəs üçün daha rahat, professional və əlçatan etməkdir.
Axtardığımız ideal namizəd:
- Ünsiyyətdə sərbəst və özünə güvənən
- Satış prosesində təşəbbüskar
- Operativ və diqqətli
- Komanda ruhuna uyğun
- Sürətli qərar vermə bacarığına malik
Biz nə təklif edirik?
- Dinamik və pozitiv komanda
- Müasir və rahat iş şəraiti
- Aylıq və illik satış nəticələrinə əsaslanan bonus sistemi
- Karyera inkişafı üçün real imkanlar
- Səyahət etmək və turizm sahəsində təcrübəni genişləndirmək şansı
İş rejimi:
- Həftə içi: 10:00 – 19:00
- Şənbə: 10:00 – 17:00
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
- Ali təhsil
- Azərbaycan dili yüksək səviyyədə (İngilis dili mütləq deyil, amma rus dili bilən namizədlərə üstünlük veriləcək.)
- Məsuliyyətli, öyrənməyə açıq və ünsiyyətcil olmaq
- Yaş həddi: 20–35.
- Xarici turların hazırlanması və satışını həyata keçirmək
- Müştərilərlə effektiv ünsiyyət və satış bacarıqlarının tətbiqi
- Yeni əməkdaşlar üçün onboarding və mentor dəstəyi
- Professional inkişaf və xarici işgüzar səfər imkanı.
Контактный номер: (077) 604-37-37